Browsing category

Azərbaycan

Mehriban Əliyeva səfirlərin həyat yoldaşları ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb. Bu barədə AZƏRTAC məlumat yayıb. Ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Mehriban Əliyeva qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib: “Mən sizi görməyimə çox şadam və hər birinizi səmimi

İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatıb – YENİLƏNİB + VİDEO/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib. Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

Lənkəranlı ailə faciə ilə üz-üzə yaşayır – FOTO

Lənkəranda yaşayan Quliyevlər ailəsinin yuxusu ərşə çəkilib. Buna səbəb onların evinin hər an dağılmaq təhlükəsi ilə üz-üzə qalmasıdır. Rayonun ucqar dağ kəndlərindən biri olan Sinovli kəndində 2 il bundan əvvəl baş verən torpaq sürüşməsi bir ailənin gələcək problemlərinə yol açıb. Belə ki, kənd sakini Mürşüd Quliyevə məxsus həyətyanı sahədə torpaq qatının hərəkəti intensiv yağışlardan sonra […]

İlham Əliyev Avstriyanın Federal Prezidenti ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen ilə görüşü olub.  AZƏRTAC xəbər verir ki, Federal Prezident Aleksander Van der Bellen Prezident İlham Əliyevi qarşılayıb. Prezident İlham Əliyev və Federal Prezident Aleksander Van der Bellen birgə foto çəkdiriblər. Avstriyaya səfirindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı qonaqpərvərliyə və

Messi Ronaldu üçün darıxır

“Barselona”nın hücumçusu Lionel Messi “Yuventus”lu rəqibi Kriştianu Ronaldu ilə mübarizə aparmaq üçün darıxdığını söyləyib. “Onunla eyni meydanda oynamaq çətin olsa da, xoş idi.Ronaldu “Real”da oynayanda kuboku qazanmaq gözəl hiss idi. O yenə həmin komandada oynasa sevinərdim”,- deyə Messi müsahibəsində bildirib. Ronaldu 2009-2018-ci illərdə “Real” komandasının tərkibində oynayıb. 2018-ci ilin yayından ulduz futbolçu 100 milyon

Vətəndaşlara sosial mənzil satmaq adı ilə dələduzluq edən şəxs həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərid Cəfərxanlı və Könül Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Cəfərxanlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə

Kreditinə güzəşt olunan müştərilərin siyahısında problem yoxdur – AÇIQLAMA

“DəmirBank”ın problemli kreditlər üzrə müştəriləri narahat olmasın. Bütün siyahı artıq sistemə yüklənib. Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, “DəmirBank”ın hesabatları var və bu hesabatlar artıq sistemə yüklənib. Sadəcə olaraq, “DəmirBank”ın özündə vahid “core banking” olmayıb. Ona görə də

Millət vəkili: Bakıda Soyqırımı Muzeyi yaradılsın

Millət vəkili Qənirə Paşayeva ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər və soyqırımlarla bağlı Bakıda muzey yaradılmasını təklif edib.  Oxu.Az xəbər verir ki, deputat parlamentin martın 29-da keçirilən plenar iclasında çıxış edərək deyib ki, Bakıya xarici qonaqlar gələndə ermənilərin törətdiyi vəhşiliklərlə tanış olmaq istəyirlər: “Bunun üçün bizdən soruşurlar ki, Bakıda bununla bağlı bir muzey varmı

Ticarət obyektləri yanğından necə mühafizə olunurlar? – ŞƏRHSİZ

Bir neçə gün əvvəl “Diqlas” Ticarət Mərkəzində baş verən güclü yanğın hadisəsi digər böyük ticarət mərkəzlərində də yanğından mühafizə sistemlərinin nə vəziyyətdə olması mövzusunu aktuallaşdırdı. Biz də paytaxt ərazisində yerləşən bazarlar və ticarət obyektlərindəki bu sistemlərlə maraqlandıq. Görəsən, hər hansı yanğın hadisəsi qeydə alınarsa buradakı yanğından mühafizə sistemləri onu