Browsing category

Mərkəzi Qurumlar

İçməli suyun qiyməti 2 dəfə bahalaşdı

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, “Azərsu” ASC Şuraya müraciətində bildirib ki, son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artmış, […]

Polis Akademiyasında “hüquqşünaslıq” ixtisasına yiyələnmək istəyirsinizsə…

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 200 kursantın qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə – Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi […]

Gözünüz aydın, fevralın 1-dən məktəblər açlılr

Nazirlər Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə 22 yanvar 2021-ci ildə qərar qəbul edib. Qırara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının […]

İlham Əliyev: “Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəridir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Şuşaya gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi: -Səhər tezdən yola […]

Regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı bəyanat imzalandı

Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Putin qeyd edib ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır: “Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafelərinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait […]

Ölkədə hərbi vəziyyət ləğv olundu

Milli Məclisin dekabrın 11-də keçirilən iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsdiq edilməsi barədə məsələ müzakirə edilib. mi-news.az xəbər verir ki, müzakirələrdən sonra “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsdiq edilməsi barədə qərar qəbul edilib. Məlumat üçün bildirək ki, 27 sentyabr 2020-ci ildən bütün ölkə ərazisində qüvvədə olan hərbi vəziyyətin  […]

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant […]

Zəfər Günü noyabrın 8-də – Şuşanın azad olunduğu gündə qeyd olunacaq

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. Məlumatda deyilir: “Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin […]

Azərbaycanda Anım və Zəfər Günləri qeyd olunacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün  və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb. İndidən sonra hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 10-u isə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir. Anım günü –  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər […]

İlham Əliyev: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Müraciətdə deyilir: -Əziz həmvətənlər. Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan […]