Browsing category

Mərkəzi Qurumlar

Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verildi

General-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün aparılan hərbi əməliyyatların rəhbərlərindən biri, Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatının başçısıdır.

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

“Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib. Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib”. Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

Düşmənə məxsus Su-25 təyyarəsi məhv edilib

Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Füzuli şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edildi

Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri erməni işğalından azad olunub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı səsləndirib. “On minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttini yarması bizə növbəti strateji üstünlüklər verir, çünki Füzuli istiqamətində […]

“Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad edib”

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşlu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çıraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.