Browsing category

Araşdırma

Azərbaycan Respublikası Təhsil Nazirliyinə açıq məktub.

  Bu gün müəllimin çəkdiyi əziyyətin adıdır Kurikulum. Əslində, fəal və yaradıcı dərs üçün yaxşı təlimdir, lakin burada da ölçünü itirmək, küyə getmək, hansısa psixoloqların yazdığı nəzəriyyələri, saysız-hesabsız terminləri, anlayışları müəllimlərə əzbərlətmək cəhdləri adamı yorur, incidir və bezdirir. Unudulur ki, hər bir müəllim özü də psixoloqdur. Onun da şagirdlərlə, yəni müxtəlif yaş qruplarından olan uşaqlarla […]

DOST iş mərkəzindən şikayətçilər

“Getdim sevincək özümə otbiçən də aldım. Pulu da sələmə götürdüm ki, işlədikcə verərəm. O aparat olmasaydı, dəryazla biçməliydim otları. Mən bilmədim ki, bizi iki aydan sonra işdən çıxaracaqlar.” – 31 yaşlı Mingəçevir sakini Ramin Rüstəmov BBC News Azərbaycancaya deyir. Ramin Rüstəmov aprel ayında DOST İş Mərkəzinin Mingəçevirdə “iki aylıq müqavilə ilə” işə götürdüyü 183 nəfərdən […]

Kür üstündəki şəhərin yay qayğıları

Market işçisi virus daşıyıcısı olarsa… Əksəriyyət infeksiyaya yoluxmaqdan ehtiyat etdiyi üçün gigiyenik qaydaları ciddi yerinə yetirməyə çalışır. Amma kim zamin ola bilər ki, ərzaq satan adamlar bizim həyatımızı təhlükəyə atmırlar?  Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının marketinq və ictimaiyyətlə ələqələr şöbəsinin əməkdaşı İlahə İsmayılovanın qənaətinə görə, bu gün ən ciddi problem marketlərdə maska və digər qoruyucu vasitələrdən […]

“Nağdsız Azərbaycan”a doğru

Azərbaycan vətəndaşı üzünü rəqəmsallaşma prosesinə tam çevirsə, 2025-ci ilədək cibimizi və sağlamlığımızı ağırlaşdıran pullardan canımız qurtaracaq   Ərzaq mağazaları və apteklərdə yerində xidmət niyə dayandırılmadı? Bu ilin mart ayından COVİD-19 virusunun bütün dünyada sürətlə yayılması Azərbaycanda da xüsusi karantin və icazə rejiminin tətbiq olunmasına gətirib çıxardı. Nazirlər Kabineti yanında Operativ Qərargah insanların bir-biri ilə ünsiyyətini […]

Riyaziyyat dərsi

Riyaziyyat ədalətli, dürüst və faydalı olmağı öyrədir. Lakin bu, o demək deyil ki, riyaziyyatı öyrənənlərin hamısı, ədalətli, dürüst və faydalı olmağı da öyrənir. Öyrənənlər də olur, öyrənməyənlər də. Sadəcə, riyaziyyatı öyrənənlər, çox zaman bacarıqları ilə öyünən, özündənrazı tiplərə çevrilirlər, yəni cəmiyyət üçün çox zaman yararsız olurlar, bəzən də zərərli ola bilirlər. Riyaziyyatın nəinki bütün sahələrini, […]

Bölgələrdə ictimai əhəmiyyətli informasiyalara çıxış imkanı məhduddur

Qiymətləndirmə hesabatının qısa xülasəsi Azərbaycanın bölgələrində yaşayan əhali üçün dövlət idarəetmə orqanlarının, həmçinin ictimai xidmətlər göstərən müəssisələrin fəaliyyəti ilə bağlı ictimai əhəmiyyətli informasiyalar əldə etmək son dərəcə ciddi problemdir. İcmalar onların təhsili, sağlamlığı, istifadə etdiyi infrastrukturun saxlanması  üçün planlaşdırılan və faktiki xərclərin həcmi barədə açıq mənbələrdən məlumatlar tapmaqda çətinlik çəkirlər. Yerli strukturların öz fəaliyyətinə dair […]

Zərdabda layihənin başına kimlər daş saldı?

Bu gün Zərdab şəhərinin ən ciddi problemi bu şəhərin kanalizasiya sisteminin olmaması, çirkab sularının küçələrə axıdılmasıdır ki, buna görə də əksər sakinlər, o cümlədən mənim yaşadığım binanın sakinləri də problemlə bağlı tez-tez müxtəlif qurumlara şikayət ünvanlayırlar. Bu insanların əksəriyyəti bilmir ki, Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında 2009-2011-ci illərdə “Zərdab şəhərinin su təchizatının […]

Evdə qal, amma doğru yolda irəlilə

Bir yerdə yol gedərsən, yol yoldaşı olarsan, nə qədər gedəcəyin deyil, necə gedəcəyin önəmlidir, vacibdir. Deyək ki, həyatımızı yaşayırıq, maddi-fiziki varlığımızı yaşadırıq, qoruyuruq. Bəs düşüncələrimiz, arzularımız, mənəvi dünyamız, onu da yaşadıb qoruyuruqmu? İndi çoxumuz evdə oturmuşuq, əvvəllər də otururduq, amma indi qorxudan oturmuşuq, çünki fiziki varlığımıza təhlükə var. Həm də deyərsiniz ki, fiziki olaraq mövcud […]

“Mənə lazım deyil, amma Vanya dayıya kömək edin”

Bağlarda yaşayan imkansızlar SSRİ dağılandan sonra digər postsovet respublikaları ilə iqtisadi əlaqələr kəsildiyindən Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Mingəçevirdə zavod və fabriklər dayandı. Vaxtilə 5-6 min nəfərin çalışdığı toxuculuq kombinatının qapısına iri bir qıfıl asıldı. Azərkabel, şüşə mahlıc, texniki rezin məmulatı kimi müəssisələr də əvvəl işçilərini öz hesablarına uzun müddətli məzuniyyətə göndərdilər, sonradan isə […]

“Küçələrə su səpmişəm…”

Apteklərdə maska tapılır, amma… İndi əhalinin daha çox getdiyi yerlərdən biri apteklərdir. Son günlərədək Mingəçevirin apteklərində maska qıtlığı yaşanırdı, amma hazırda vəziyyət stabilləşib. Şəhərin əksər əczaxanalarının qapıları gecədən xeyli keçənədək müştərilərinin üzünə açıqdır. İstənilən dərmanları da tapmaq mümkündür. Əgər müraciət edilən anda tapılmırsa, dərhal sifariş götürüb, bir neçə saata, uzağı növbəti günə gətizdirməyə boyun olurlar. […]