Browsing category

Araşdırma

Yeni təqvim ilinə ön söz

İnsanın savadlı olmağı onun tez-tez kitab oxuduğu anlamına gəlmir. Kitab oxusa belə, gərəkli şeylər oxuduğu anlamına gəlmir. Gərəkli şeylər oxusa da doğru nəticələr çıxardığı, doğru qərarlar verdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarsa da, onları həyatında tətbiq etdiyi və ya həyat tərzinə çevirdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarıb, doğru qərarlar verib, həyat tərzinə çevirsə də , […]

Mingəçevir avtovağzalının İFLİC vəziyyəti

Mingəçevirdə qanunsuz sərnişin daşımaları şəhər avtovağzalının işini iflic vəziyyətinə salıb. Bizim.Media-nın Mingəçevir bürosunun məlumatına görə, qanunsuz şəkildə işləyən mikroavtobuslar, avtovağzalın rəsmi xətti ilə sərnişin daşıyan sürücülərin çörəyini əlindən alır.  Hətta bu vəziyyət şəhər avtovağzalının fəaliyyətini birbaşa pozaraq sərnişinlərin vağzala axınını da məhdudlaşdırıb. Mingəçevir şəhər avtovağzalının baş dispetçeri Behçət Məmmədov Bizim.Media-ya açıqlamasında problemin pandemiya ilə bağlı yaranmış […]

Məndən soruşsan…

Sənə böyüdücü ilə də baxsam, ətsən, sümüksən, ya da molekullar, atomlar, hüceyrəsən. Qəlbinə də baxsam, beyninə də baxsam, yenə də ətsən, sümüksən, hüceyrəsən. Orda nə arzuların görünməz, nə xəyalların, nə düşüncələrin, nə də ümidlərin. Bəs nədir səni danışdıran, hərəkət etdirən, ağladıb-güldürən, düşündürən, gözlərin gördüyünə necə sevinər, necə kədərlənər? Vücudun bir kimyadır, beynin də, qəlbin də […]

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfransın “Təhsil və humanitar elmlər” bölməsinin iclası keçirilib

11 dekabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində “Təhsil və humanitar elmlər” bölməsinin iclası keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən iclasda giriş sözü ilə çıxış […]

ADA Universitetinin əməkdaşları Mingəçevir Dövlət Universitetində seminar keçiriblər

2021-ci ilin 7 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda elmi-praktiki seminar keçirilib. ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və Təhsilin idarə edilməsi fakültəsinin proqram direktoru Saida Nəbiyeva tərəfindən keçirilən seminarda MDU-nun gənc akademik və inzibati heyət üzvləri, […]

Google ilə effektiv axtarış – 18 qızıl qayda

Gündəlik həyatda müxtəlif informasiyaları axtarmaq üçün Google axtarış motorundan istifadə edirik. Bir çox halda axtardığımızı rahat tapırıq, bəzi hallarda isə çətinlik çəkirik. Hərdən elə olur ki, axtarışlarımız heç bir nəticə vermir. Amma atalar deyib ki, axtaran tapar. Demək ki, nəticə necə axtarmağımızdan asılıdır. Biz sizə Google axtarış motorunda düzgün axtarışın 18 qızıl qaydasını göstərəcəyik. Qayda-1: Əgər […]

Sən nə düşünürsən…

“Nə düşünürsən? “, “Bu haqda fikrin nədir?”, “ Sizinlə məsləhət etmək istəyirəm!” və sair…Bu yaxınlarda kimə belə müraciət etmisiniz? Əgər bu suala cavabınız müsbətdirsə, o zaman yazını oxumağa davam edin. Müsbət deyilsə, yenə oxuyun, çünki ən azından bunun nə qədər vacib olduğunu birlikdə aydınlaşdıra bilərik. Birinin bizim haqqımızda, ya da yaxşı tanıdığınız başqa biri haqqında […]

Günəşli yaşayış massivinin minlərlə sakini su və çirkab axıntı imkanlarından yararlana bilmir

Regionların sosial-itisadi inkişafı üzrə Dövlət Proqramına müvafiq olaraq,  2011-ci ildən etibarən Mingəçevir şəhərinin su və kanalizasiya sisteminin kompleks və iki mərhələli şəkildə yenidən qurulması layihəsinə başlanılıb. Mi-news.az-ın məlumatına görə,  bu çərçivədə ilkin olaraq şəhərin müasir tələblərə uyğun olan  su təminatı birdəfəlik həllini tapıb.  O cümlədən 342 kilometr uzunluğunda yeni boru xətləri quraşdırılıb və müasir su […]

Beynim fikir emalatxanası kimi…

Beynim fikir emalatxanası kimidir, Dolur bir yığın taraz, nataraz, anlamlı, anlamsız fikirlərlə. Bəzisinin qoxusu, bəzisinin rəngi xoşuma gəlməz, Bəzisinin naməlumluğu qorxudar məni… Amma ələ gəlməz, tutmaq olmaz fikirləri, Nə taxta deyil yonasan, düzəldəsən əyri-üyrüsünü, Siləsən xoşagəlməz rəngini, itirəsən qoxusunu. Nə də dəmir deyil əridib tökəsən qəlibə, salasan lazım olan şəklə. Fikrin qəlibi sözdür, cümlədir. Yaxşı […]

Bizi Avropaya aparan yollar

Avropa İttifaqı Azərbaycanla demokratiya, insan hüquqları və fundamental azadlıqlara əsaslanan yeni iddialı və hərtərəfli bir saziş bağlamaq niyyətindədir Avropa yaşamına yaxınlaşmaq üçün bir addımlıqda idik… Azərbaycan liderləri dövlətimizin Avropa İttifaqı ilə əməkdaşlıq və Avropaya inteqrasiya kursunu tutduğunu həmişə bəyan edirlər. Son 12 ildə Azərbaycan Aİ ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqramda Aİ-nin […]