Browsing category

Araşdırma

Gəlirlərini artıran Google mənfəətin azalmasının qarşısını ala bilmir!

Google-un ana şirkəti Alphabet, azalan mənfəətini yenidən artırmağı hədəflədiyini yayda açıqladı. Lakin Alphabet-in son maliyyə hesabatı göstərir ki, şirkət gəlirlərinin artmasına baxmayaraq, mənfəətdəki azalmanı saxlaya bilməyib. 2022-ci ilin üçüncü rübündə 69 milyard dollar qazanan şirkət 13,9 milyard dollar mənfəət açıqlayıb. 2021-ci ilin üçüncü rübündə şirkət 65,1 milyard dollar gəlir və 18,9 milyard dollar mənfəətlə rekorda […]

Tərbiyə, yoxsa təlim…

Gəlin özümüzü və bir-birimizi aldatmayaq, tərbiyə məsələsi bizdə heç cür alınmır. Tərbiyənin nə məna ifadə etdiyini heç kim doğru-düzgün anlamır, ona görə də İllərdir ki, bu sözün yaratdığı yanlışlar ilə heç nəyə nail ola bilmirik. Deyəcəksiniz ki, onda uşaqlara tərbiyə verməyək, hər kəs bildiyini eləsin? Onsuz da belə deyilmi, hər kəs istədiyi kimi özbaşınalıqlar etmirmi? […]

Oşo ilə həmfikir olduğum məqamlar.

         Hind müdriki Oşo belə deyir:“Mən tamamilə fərdin tərəfindəyəm. Bir fərd üçün cəmiyyətlərin hamısını, bütün dinləri, mədəniyyətləri, insanlığın bütün keçmişini qurban verərəm. Fərd ən dəyərli varlıqdır, çünki fərd yaradılışın bir hissəsidir”. Bəli, fərd olmaq insanın özü olmaqdır, iradəsi, bütün məsuliyyəti, cavabdehlikləri ilə. Nəfər olmaq isə “hamıdan” biri olmaqdır, çoxluğun nəfəri olmaqdır, çoxluqda hamı eyni dərəcədə […]

“Bizi Azərbaycana aparanda elə sevindik ki…” – Mingəçevirdəki alman əsirin hekayəsi

“Moskvadan xəstə, ac-yalavac və üzgün vəziyyətdə qatara mindirildik. Gözümüzü açanda Ukraynada idik. Orada bizə Azərbaycana aparılacağımızı dedilər. Bu zaman sevincimizin həddi-hüdudu yox idi. Çünki bizi türklərin məmləkətinə aparırdılar”. Bu fikirlər Böyük Vətən Müharibəsində əsir düşmüş almaniyalı hərbçi Villi Deşin “Düşərgə gündəliyi” kitabında öz əksini tapıb. Villi Deş və yoldaşlarının sonrakı aqibətini sizlərə təqdim edirik: “Biz Bakının yaxınlığında […]

Mingəçevir Dövlət Universitetində növbəti dəfə bir qrup valideyn imtahan prosesini izləyib

2022-ci il yanvarın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə bir qrup valideyn cari tədris ilinin payız imtahan sessiyası çərçivəsində auditoriyalarda əyani formada təşkil edilən imtahan prosesini müşahidə ediblər. Universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə payız imtahan sessiyasının gedişatını izləyən valideynlərə imtahan prosesi ilə yaxından tanış olmaq üçün bütün zəruri imkanlar təqdim edilib […]

“Quduzlaşmış qohumundan qorxub özünü pəncərədən atdı”“

“Quduzluq xəstəliyinə yoluxmuş kişi qışqıraraq yanına gəlmiş qohumundan iki əlli yapışmaq istədi, əlindən gücdən qurtulan qohumu qorxusundan xəstəxananın mətbəxinə qaçıb özünü qapalı pəncərəyə çırparaq bayıra atıldı”. Bu olay haqqında Bizim.Media-ya Mingəçevir xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinin müdiri Şəfəq Kərimova danışıb. Hal-hazırda itqapmalarının sayı çoxaldığından bu məsələni bir az diqqət mərkəzinə gətirmək istədik. Çünki əksər vətəndaşlarımız belə hadisələrə o qədər […]

Təhsil alan və təhsil verənləri kim qoruyur?

Mingəçevirdəki 13 saylı məktəbin təlim-tərbiyə üzrə direktor müavini Yeganə Kərimova təhsil müəssisələrində mühafizə sisteminin qurulmasının tərəfdarı olsa da düşünür ki, bu, həm də insanları təşvişə sala bilər: “Məktəbimizdə xüsusi mühafizə üçün heç kəs cəlb olunmayıb. Ancaq məktəbin təşkil etdiyi gözətçilər var ki, onlar 7/24 rejimində məktəbə nəzarət edirlər.” Övladı 6-cı sinifdə oxuyan Rəvanə Baxışova isə […]

Yeni təqvim ilinə ön söz

İnsanın savadlı olmağı onun tez-tez kitab oxuduğu anlamına gəlmir. Kitab oxusa belə, gərəkli şeylər oxuduğu anlamına gəlmir. Gərəkli şeylər oxusa da doğru nəticələr çıxardığı, doğru qərarlar verdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarsa da, onları həyatında tətbiq etdiyi və ya həyat tərzinə çevirdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarıb, doğru qərarlar verib, həyat tərzinə çevirsə də , […]

Mingəçevir avtovağzalının İFLİC vəziyyəti

Mingəçevirdə qanunsuz sərnişin daşımaları şəhər avtovağzalının işini iflic vəziyyətinə salıb. Bizim.Media-nın Mingəçevir bürosunun məlumatına görə, qanunsuz şəkildə işləyən mikroavtobuslar, avtovağzalın rəsmi xətti ilə sərnişin daşıyan sürücülərin çörəyini əlindən alır.  Hətta bu vəziyyət şəhər avtovağzalının fəaliyyətini birbaşa pozaraq sərnişinlərin vağzala axınını da məhdudlaşdırıb. Mingəçevir şəhər avtovağzalının baş dispetçeri Behçət Məmmədov Bizim.Media-ya açıqlamasında problemin pandemiya ilə bağlı yaranmış […]

Məndən soruşsan…

Sənə böyüdücü ilə də baxsam, ətsən, sümüksən, ya da molekullar, atomlar, hüceyrəsən. Qəlbinə də baxsam, beyninə də baxsam, yenə də ətsən, sümüksən, hüceyrəsən. Orda nə arzuların görünməz, nə xəyalların, nə düşüncələrin, nə də ümidlərin. Bəs nədir səni danışdıran, hərəkət etdirən, ağladıb-güldürən, düşündürən, gözlərin gördüyünə necə sevinər, necə kədərlənər? Vücudun bir kimyadır, beynin də, qəlbin də […]