Browsing category

Araşdırma

Qanun ev qulluqçularını tanımır

“Son 18 günün pulunu ala bilmədim” “Rayonda  yaxşı evimiz vardı. Yoldaşım sürücü  və mən isə baş  mühasib idim. Hər  şeyimiz vardı, bircə… Bir  oğlumuz  vardı, onu da çox ərköyün böyütmüşdük. Tək uşaq olduğundan atası ona istədiyini alır, cibinə pul qoyurdu. Naz-nemət içində saxlayırdıq. Son vaxtlar axşam evə qayıdanda övladımın hərəkətlərindən baş aça bilmirdim.  Heç nə […]

Mülki-hüquqi müqavilə və ya müddətli əmək müqaviləsi daimi işçinin həyatından nəyi oğurlayır?

“6 aylıq müqaviləyə qol çəkməliydim, üstəlik  2 ərizə yazmalıydım” Qarabağ döyüşlərində sağlamlığını qismən itirən Məhəmməd  Nəzərov uzun illərdir ki,  Mingəçevirin böyük sənaye müəssisələrindən birində mühəndis kimi çalışır. Onun dediyinə görə,  müdiriyyət üçün arzuolunmaz işçiyə çevrildiyindən məhkəmə çəkişmələrində qalıb: “Mənə və başqa iş yoldaşlarıma qarşı təzyiqlər bir neçə ildir ki, davam edir. Məsələ bundadır ki, daimi […]

Aprel ayının qalibiyyət savaşı

“Teymur evlənməyi yox, şəhidliyi seçdi…” Aprel hadisələrində  Mingəçevir üç şəhid verdi: Teymur Sabir oğlu Qasımov,  Adil Kamran  oğlu Adilzadə və  Rüstəm Oruc oğlu  Əhmədov. Onların hər üçü Talış kəndi  istiqamətindəki  yüksəklik uğrunda gedən döyüşlərdə  həlak oldu və  böyük insan izdihamının müşayiətilə  şəhərin  mərkəzindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı . Teymur və Adil  ölümündən sonra Azərbaycan Prezidentinin […]

Bir neçə nəsli yola verəcək miras

Qızbəs xala dünyasını dəyişənə qədər Bayram  Xəlilovun ailəsi belə çətin duruma düşəcəyini ağlına da gətirmirdi. Onlar vaxtilə valideynlərinin əldə etdiyi beşotaqlı mənzilə  sahib olduqlarını da düşünürdülər. Bayram Xəlilovun dediyinə görə, zavodda fəhlə işləmiş atasına bu mənzili növbəlilik qaydasında verilib:  “Biz 4 qardaş və bir bacı idik. Valideynlərimizlə böyüyənə qədər birgə  yaşadıq. Sonra bacımı  Gülövşə kəndinə […]

Mirasa sahib olmağın asan və çətin yolları

“Mirası qoyan şəxs məcburi pay alacaq şəxsdən sonra ölərsə…” “Ötən ilin yayından bir məhkəmə prosesini izləyirəm. Prosesin məğzi belədir: Atanın 4 övladı vardı-iki qızı, iki oğlu. Oğullardan biri itkin düşüb,  o biri isə atanın sağlığında dünyasını dəyişib. Kişi ölməmişdən qabaq mülkünü qızlarından birinə vəsiyyət edib.  İkinci bacı məcburi paydan rəsmən imtina etdikdən sonra vəsiyyətnamə alan […]

“Pul mənim, ixtiyar mənim”

ahibkarlar zorla satılan su sayğaclarına görə onların mülkiyyət  hüququnun pozulduğunu, “Azərsu” rəsmiləri  isə  su ölçən cihaza görə istehlakçılardan ödənişin qanuni olduğunu iddia edirlər. Susuz qalan bərbərxana və…              Ruzgar Cəlilov  altı  ildir ki,  Mingəçevirin Rəsul Rza küçəsində, beşmərtəbəli binanın birinci mərtəbəsində,  16  kv.metrlik qeyri-yaşayış sahəsində məhlə qonşusu Yusif Qarayevlə  birgə bərbər xidməti göstərir.  Obyektin enerji ilə […]

Toya gələsilər ölüm xəbərinə toplaşdılar

əbər verdiyimiz kimi, dünən Mingəçevir polis şöbəsində ölümlə nəticələnən hadisə baş verib. Müxbirimiz bu gün mərhumun yaşadığı Mingəçevir kəndində ailəsinə baş çəkib, əzizlərinin və hadisə iştirakçılarının fikirlərini öyrənməyə çalışıb.  17 yaşlı Əzizov Vaqif Kazım oğlu deyib ki, dünən yoldaşları ilə birgə axşam radələrində bilyard oynamaq üçün kənddən çıxıb: ”Üç nəfər idik:  Bəhruz, Dilqəm və mən. […]

Mülksüz qalan qadınlar

“Keçmiş həyat yoldaşımı oldürsəydim…” “20 ildi ömrüm məhkəmələrdə keçir. Qətnamələrin içində itmişəm. Yaşadığım mənzillə bağlı çıxarılan bütün qətnamələri yığıb Ali Məhkəməyə yollamışam. Ordan isə sənədləri Şəki Apellyasiya Məhkəməsinə gondəriblər. Hakim yenə keçmiş həyat yoldaşımın xeyrinə qərar çıxarıb.  Bu qədər depressiyada yaşamaq olarmı? Mən məhkəməsiz ömür sürmək istəyirəm. Yaşadığım dövrdə nəfsi şəxsiyyətinə qənim kəsilmiş məmurlar buna […]

Gög Tenqri – Mavi Səma Ölkəsi

Bu yolu təkrar və könüllü getmək yalnız bir sevda məsələsi ola bilər. Bildiyiniz kimi, Azərbaycan 10 ildən çoxdur Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Hərəkatının üzvüdür. Hərəkatın iki hədəfi var; istismarçı şirkətlər üçün; ödədiyini açıqla, hökumətlər üçün aldığını açıqla. Bu iki hədəfin birləşmiş ana hədəfi isə toplumlara yönəlir; sayın vətəndaş, bu daşınan, bu talanan sərvət sənindi, uyuma, […]

Ziyanlı fikirlər sahibi kimdir?

2010-cu ildə “Mingəçevir işıqları” qəzetinin mətbəəsində mənim “Oğuzda Avestanın izləri” adlı monoqrafiyam çap olunmuşdur. AMEA Nəsimi adına Dilçilik İnstitutu onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin elmi redaktoru olduğu və rəy verdiyi, filologiya elmləri namizədləri Mayıl Əsgərovun və Gülarə Abdullayevanın rəy verdikləri bu elmi-tədqiqat  əsərində Oğuz rayonu ərazisindəki 100-ə yaxın toponim etimoloji cəhətdən […]