Şəhidlər Xiyabanı – Müqəddəs ziyarətgahımız
1990-cı ildən başlayaraq formalaşan, insanların müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanı artıq böyük ərazini əhatə edir. Yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər gün yüzlərlə insan bu məbədgaha, ziyarətgaha gəlir, Vətən uğrunda döyüşlərdə öz müqəddəs borclarını layiqincə yerinə yetirərək şəhid olmuş igidlərimizin məzarları önünə gül dəstələri qoyur, ruhlarına dualar oxudurlar. Əlbəttə, bunlar yaxşı əlamətdir, vətəndaşlıq borcudur. […]