Browsing category

Aktual

Aktual xəbərlər

Hökumət 2022-ci il martın 6-dan etibarən COVID-19-a qarşı peyvənd olunmuş şəxslər üçün “yaşıl işıq” yandırdı

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2022-ci il martın 6-dan etibarən  aşağıdakılara icazə verilib: dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna; dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə; […]

“Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” – Bakıdan şərh

“Ukraynanın əsas hadisələrinin onun hüdudlarından kənarda baş verdiyini deyə bildiyimiz gün yetişib. Bəli, əlbəttə, döyüşlər davam edir, nəticələr aydındır – ya azalan intensivliklə davam edəcək, ya da atəşkəs rejimi bərqərar olacaq… Əsas və həlledici hadisələr iqtisadi sahədə baş verir, daha doğrusu, Rusiyanın total iqtisadi təcridi prosesində. Bunun çox erkən nəticəsi iqtisadi böhran, o cümlədən də […]

Yanğın niyə baş verir?

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir. Bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Xidmət tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür. Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının […]

Mingəçevirdə küləyin fəsadları: 20-dən çox ağac aşdı

Küləkli hava Mingəçevirdə bir neçə ağacın aşmasına səbəb olub. Bizim.Media-nın məlumatəna görə, gecədən başlayan və gün ərzində davam edən güclü külək şəhərin müxtəlif istiqamətlərində fəsadlara yol açıb. Heydər Əliyev prospekti, 20 yanvar, Üzeyir Hacıbəyov, Təbriz və digər küçələrdə qovaq, akasiya və həmişəyaşıl ağacları tam, yaxud qismən gövdəsindən ayrılaraq aşıb. Ümumilikdə 20-dən çox belə hal qeydə […]

Yeni təqvim ilinə ön söz

İnsanın savadlı olmağı onun tez-tez kitab oxuduğu anlamına gəlmir. Kitab oxusa belə, gərəkli şeylər oxuduğu anlamına gəlmir. Gərəkli şeylər oxusa da doğru nəticələr çıxardığı, doğru qərarlar verdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarsa da, onları həyatında tətbiq etdiyi və ya həyat tərzinə çevirdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarıb, doğru qərarlar verib, həyat tərzinə çevirsə də , […]

FHN qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir

Qış fəslində havalar əksər günlər soyuq, yağıntılı və şaxtalı keçir. Yolların buz bağlaması piyadaların işinə çətinlik törədir. Bu cür vəziyyət həm də sürüşmə təhlükəsi yaradır. Buzlu yollarda yıxılıb əzilmək təhlükəsi piyadalar üçün ağır nəticələnə bilər. Buna görə də  onlar bir neçə məqama diqqət etməlidirlər: – buzlu yollarda tələsik yeriməyin və buz üzərində kəskin hərəkətlər etməyin; […]

Məndən soruşsan…

Sənə böyüdücü ilə də baxsam, ətsən, sümüksən, ya da molekullar, atomlar, hüceyrəsən. Qəlbinə də baxsam, beyninə də baxsam, yenə də ətsən, sümüksən, hüceyrəsən. Orda nə arzuların görünməz, nə xəyalların, nə düşüncələrin, nə də ümidlərin. Bəs nədir səni danışdıran, hərəkət etdirən, ağladıb-güldürən, düşündürən, gözlərin gördüyünə necə sevinər, necə kədərlənər? Vücudun bir kimyadır, beynin də, qəlbin də […]

Kürün suyu niyə azalır?

Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılovun fikrincə, Mingəçevir Su Anbarı, Kür çayı, Əlican çayı, Yuxarı Şirvan və Qarabağ kanalları, eləcə də digər su hövzələri ilə əhatə olunan və  40,199 min hektar əkin sahəsinə malik Yevlax rayonunda suvarma prosesində bəzi çətinliklər yaranır. Belə ki, relyefin dağlı-düzənli olması suyun başlanğıc nöqtəsinə çatdırılmasında itkilərin yaranmasına səbəb […]

Yerli icra hakimiyyətlərinin ləğvi gözlənilir

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyinatı ölkədə yeni idarəetmə modelinə başlanacağı ilə bağlı çoxdan gəzən söhbəti yenidən gündəmə gətirdi. Ölkə başçısının dekabrın 1-də imzaladığı sərəncama əsasən Emin Hüseynov Qarabağ iqtisadi rayonunda (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyətə başladı. Ekspertlər bu təyinatı yerli icra […]

Vətəndaş cəmiyyəti institutları ilə Ombudsmanın əməkdaşlığını necə gücləndirə bilərik?

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Ombudsman Aparatı tərəfindən Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu barədə regionlarda maarifləndirmə tədbirləri həyata keçirilib.  Bu barədə GİZ-in proqram məsləhətçisi Şakir Səfərbəyov “Mingəçevir işıqları” qəzetinə məlumat verib. Onun sözlərinə görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə  “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramı və Azərbaycan Respublikasının […]