Browsing category

Aktual

Aktual xəbərlər

ABŞ və İsrailin İrana zərbələri nəticəsində 700-dən çox insan ölüb

Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində 700-dən çox insanın həyatını itirdiyi bildirilib. Bu rəqəm İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında, İran dövlət televiziya və radio şirkəti vasitəsilə yayımlanıb. Əvvəlki məlumatlarda isə İran Qızıl Aypara Cəmiyyəti ABŞ və İsrailin birgə hərbi əməliyyatlarının başlanğıcından bəri 787 ölüm və 504 hədəfə 1039 zərbə endirildiyini […]

İran dronları ABŞ səfirliklərini hədəfə aldı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ABŞ səfirliyi İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Zərbə nəticəsində binanın dam örtüyünün bir hissəsi zədələnsə də, xəsarət alan olmayıb. Bundan başqa, Küveyt şəhərində də iki dron səfirliyin ətrafına düşüb. Hadisə zamanı nə insan itkisi, nə də ciddi maddi ziyan qeydə alınıb. Bildirilir ki, hücum anında hər iki diplomatik […]

Azərbaycanın Küveytdəki səfirliyindən təhlükəsizlik çağırışı

Regionda yaranmış vəziyyətlə əlaqədar 28 fevral 2026-cı ildən etibarən Küveytin hava məkanının bağlı qaldığı bildirilib. Bu barədə Azərbaycanın Küveytdəki səfirliyi rəsmi “X” hesabında məlumat yayıb. Açıqlamada vətəndaşlara tövsiyə olunur ki, Küveytin rəsmi qurumlarının və səfirliyin yaydığı məlumatları diqqətlə izləsinlər, səlahiyyətli orqanların təhlükəsizliklə bağlı göstəriş və tövsiyələrinə ciddi əməl etsinlər. Qeyri-rəsmi mənbələrdən yayılan xəbərlərə və şayiələrə […]

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi “Pars Today” qəzetinin məlumatına görə, Küveytdəki Əl-Salimdəki Amerika hərbi bazası tamamilə məhv edilib. Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanma bazası “Xorrəmşəhr-4” raketi ilə hədəfə alınıb və burada çoxsaylı partlayışlar baş verib. Bundan əlavə, İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi bazasında da partlayış qeydə alınıb. Tasnim Agentliyi […]

İrandan Azərbaycan sərhədi vasitəsilə 615 nəfər təxliyə edilib

Fevralın 28-dən martın 3-ü saat 10:00-a qədər sərhədi 157 Azərbaycan vətəndaşı keçib. Bundan başqa, digər ölkələrdən də vətəndaşlar təxliyə olunub: Çin – 150, Rusiya – 127, Pakistan – 66, Tacikistan – 52, Səudiyyə Ərəbistanı – 18, Gürcüstan – 7, BƏƏ – 6, Serbiya – 5, İordaniya – 4, Qətər – 3, Banqladeş – 3, Filipin […]

Bəhreyndə otelə dron zərbəsi: İki amerikalı hərbçi yaralandı

Bəhreyndəki bir otelə İran dronunun endirdiyi zərbə nəticəsində iki ABŞ hərbçisi xəsarət alıb. Bu barədə məlumatı The Washington Post ABŞ Dövlət Departamentinin açıqlamasına istinad edərək yayıb. Açıqlamada bildirilir ki, xəsarət alanlar ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarıdır. Digər təfərrüatlar hələ açıqlanmayıb.

NATO ABŞ və İsrailin İrana qarşı əməliyyatına qoşulmayacaq

NATOnun baş katibi Mark Rutte açıqlayıb ki, alyans ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara qoşulmaq üçün heç bir plan hazırlamayıb. Rutte ARD televiziyasına verdiyi müsahibədə bildirib: “NATO-nun bu münaqişəyə müdaxilə və ya tərəf olmaq kimi planı yoxdur. Ayrı-ayrı müttəfiqlər amerikalıların İsrailə yönəlmiş hərəkətlərini dəstəkləmək üçün əllərindən gələni edirlər. Hava hücumundan müdafiə sistemlərinin […]

BƏƏ banklarının rəqəmsal xidmətlərində kəsintilər

BƏƏ banklarında xidmət pozuntuları müşahidə olunub Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iri banklarının müştəriləri rəqəmsal xidmətlərdə fasilələrlə üzləşiblər. TAСС-a istinadən məlumat verilir ki, problemlər İran tərəfindən edilən zərbələr nəticəsində zədələnmiş Amazon Web Services (AWS) məlumat mərkəzində baş verən hadisələrlə əlaqədardır. BƏƏ-nin ən böyük banklarından biri olan First Abu Dhabi Bank (FAB)-ın mobil tətbiqi bəzi istifadəçilər üçün […]

İİKK Hörmüz boğazında ABŞ-ın müttəfiq tankerinə hücum etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında ABŞ-ın müttəfiqi olan Aten Nova tankerin dronlarla vurulduğunu açıqlayıb. Tanker hələ də yanmaqda davam edir. Bu barədə İİKK-nın rəsmi “Telegram” kanalında məlumat verilib. Bəyanatda bildirilir ki, “Əsl Vəd-4” əməliyyatının 12-ci mərhələsi çərçivəsində Bəhreyndəki ABŞ hərbi obyektlərinə də zərbələr endirilib. Hücumlar zamanı altı PUA, həmçinin Küveyt və BƏƏ-dəki stasionar […]

Donald Tramp: İrana qarşı əməliyyatlar davam edir

Donald Tramp İran istiqamətində genişmiqyaslı hərbi əməliyyatların davam etdiyini bəyan edib. O, döyüşlər zamanı həyatını itirən amerikalı hərbçilərin ailələrinə başsağlığı verərək onların kədərini bölüşdüyünü bildirib. Prezident qeyd edib ki, bu gün həlak olan dörd hərbçinin xatirəsi anılır və ailələrinə dəstək göstərilir. Onun sözlərinə görə, əməliyyatların əsas məqsədi ABŞ vətəndaşları üçün təhlükə hesab edilən rejimi zərərsizləşdirməkdir. […]