Browsing category

Aktual

Aktual xəbərlər

“İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi başa çatdı

“İncəsənət sosial inkişafda vasitə kimi” təşəbbüsü təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilib. Dekabrın 9-da  Qafqaz City hotel and residences-də baş tutan tədbirdə layihənin bağlanış mərasimi keçirilib. Layihə sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsini təşviq edir. Altı ay müddətində həyata keçirilən layihə çərçivəsində  Azərbaycanın bölgələrini təmsil edən və […]

“Öyrən, başla və tətbiq et!” adlı proqrama start verilib

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Quba ASAN xidmətində 18-29 yaş aralığında olan qadınlar arasında sosial sahibkarlığın təşviqi məqsədilə “Öyrən, başla və tətbiq et!” adlı proqrama start verilib.  Noyabr -dekabr aylarında davam edəcək proqramın ikinci həftəsi biznes təlimçısı Tural Abbaslı tərəfindən keçirilib. Təlim zamanı Quba-Xaçmaz bölgəsindən olan xanımlar ideyanın yaranması, biznes planın hazırlanması,iş bölgüsü haqda […]

Bəlkə söhbət edək?

Adi vaxtda, hansısa sosial problemlə qarşılaşsaq, onu həll etmək üçün bu işə məsuliyyət daşıyan vəzifə sahiblərinin yanına gedirik, ona müraciət edirik. Bəzən onların qəbuluna düşmək çətin olur, bəzən də onlarla razılığa gəlmək. Adətən, vəzifədə olanların çoxu, bu vəzifəyə təyin olunur, ya qohumluq, ya tanışlıq, ya da ki, digər vasitələrlə. Odur ki, onlar da vəzifəyə məsuliyyətlə […]

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasını və yeni seçkilərin keçirilməsini qanunauyğun hesab etdi

Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna […]

“Sabahın seçimi” gənclər təşəbbüsü ən ağır mövzunu müzakirəyə çıxarıb

Education Hub-ın təşkilatçılığı ilə Azərbaycanda yaşayan gənclər üçün “İNKİŞAF ZAMANI” proqramı həyata keçirilir. Proqram  çərçivəsində reallaşan “Sabahın seçimi” gənclər təşəbbüsü son illərin ən ağrılı mövzusu olan kriminal həyat tərzinə olan maraqların yaranma səbəblərindən  və onların bu maraqlardan uzaqlaşdırılması yollarından bəhs edir. Təşəbbüs zamanı  problemin yaranma səbəbləri, habelə  yeniyetmələr arasında kriminal həyat tərzinin bir növ “trend”ə […]

10 saylı məktəbdə narkomaniyaya “YOX” dedilər

Noyabrn 28-də Mingəçevirdəki 10 saylı məktəbdə  “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib. Tədbir  məktəbin yuxarı sinif şagirdlərinin narkomaniya ilə bağlı çıxışları ilə başlayıb. Narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub, şagirdlərin hazırladıqları kiçik səhnəciklər təqdim olunub. Daha sonra məkəbin direktoru Xumarə Mikayılova şagirdlərə qonaqları təqdim edib. Polis şöbəsinin rəisi, polis polkovniki […]

Mingəçevirdə ekologiya günü

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı və  “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi çərçivəsində noyabrın 25-də Mingəçevirdə ekologiya gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib. Məcburi Köçkünlərin İşləri üzrə […]

Arzula və arzularının ardınca get!!!

Sən heç arzularının arxasınca getmisən? Arzuların arxasınca getməyin zövqü bir başqadır, çünki heç bitməyəcək qədər həyat enerjilidir. Həm də, bu arzular bəşəriyyətin rifahına, insanlığın, mənəviyyatın, düşüncənin inkişafına xidmət edirsə. Bir gün orta təhsilini bitirirsən, qəlbin həyəcan dolu- arzularının, xəyallarının, təsəvvürlərinin verdiyi həyəcanla. Bir-neçə əşya və paltarını kiçik bir çantaya yığırsan, evdəkilərlə sağollaşıb arzularının arxasınca gedirsən. […]

AQTA Mingəçevirdə antisanitar şəraitdə çörək bişirənləri üzə çıxardı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mingəçevir şəhərinin  Aydın Məmmədov küçəsindəki 91/A ünvanında fiziki şəxs Əliyev Elşən Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib. Baxış zamanı antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki tələblərə cavab vermədiyi, sanitar norma və qaydaların, gigiyenik normativlərin pozulduğu, emal sahəsində istifadə edilən xammalların mənşəyinin […]

Bələdiyyə kimindir?

  Bizim ölkədə uzaq yola heç kim təkbaşına çıxmaz, çünki nə özünə, nə də başqalarına güvənməzlər. “Heç kim” ifadəsi sizə bir az mübaliğə, yəni şişirtmə kimi gələ bilər, amma bu həqiqətdir, yəni çoxluq üçün. Hər kəs də hər gecə yatıb, aydın sabaha, güvənli günə oyanmaq istəyir. Hər güvənli sabah isə, sən yatana qədər çəkdiyin zəhmətin, […]