Browsing category

Aktual

Aktual xəbərlər

Meşədə vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı

Azərbaycanın Oğuz rayonunda meşədə kişi meyiti aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov, rayonun Tayıflı kənd sakini Əbülfət Ağayevin  meyitinin vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə tapıldığını təsdiqləyib. Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ilkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən […]

Oğlum intihar etmədi onu öldürdülər

“Oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu, Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olmuşdu. 2019 -cu ildə buraxılış imtahanından maksimum 300 bal toplamışdı. Yaşının az olmasına baxmayaraq, öz istedadı, savadı ilə tanınmışdı. Oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapılmışdı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini […]

Ali Məclisin Deputatı vəfat etdi

Naxçıvan MR Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat edib. 69 yaşında xəstəlik səbəbindən vəfat edən N. Balabəyli görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğludur. Nazim Balabəyli 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olaraq fəaliyyət göstərib. Həm də universitetdə müəllim kimi çalışırdı. Qeyd edək ki, BDU-nun hazırkı rektoru Elçin Babayevin isə qardaşıdır.

MDU “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında uğurla təmsil olunub

  2022-ci ilin noyabrın 12-də Mingəçevir Dövlət Universiteti (MDU) “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında uğurla təmsil olunub. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil +Nazirliyinin dəstəyi ilə ölkənin 49 ali təhsil müəssisəsi arasında keçirilən bilik yarışında MDU komandası 13-cü yerdə qərarlaşıb. +Diqqətə çatdırılıb ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin […]

Xəzərin sahilində onlarla suitilərin öldüyü aşkarlandı

Ekologiya Nazirliyinin nümayəndəsi məhv olmuş suitilərin Xəzər dənizinin Qazaxıstan sahillərində tapıldığı barədə məlumat verib. Mütəxəssislər Xəzər suitisinin bu dənizdə yeganə suiti növü olduğunu bildirib. Heyvanların ölüm səbəbini müəyyən etmək üçün onların yarılmasını, həmçinin ərazidən torpaq və su nümunələrinin analizinin aparılmasını planlaşdırıb. Qeyd edək ki,  Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında Xəzər suitilərini nəsli kəsilməkdə olan növlər […]

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İstanbulun mərkəzi İstiqlal küçəsində törədilmiş dəhşətli partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və […]

Türkiyədəki dəhşətli partlayış 4 can aldı çox sayda insan yaralandı.

Türkiyənin turistlik məkanı sayılan İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində güclü partlayış olub. Baş verən partlayış nəticəsində ölən və yaralananların sayı medyaya açıqlanıb. 4 nəfərin öldüyü 38 nəfərin yaralandığı partlayışın səbəbi məlum olmasada, istintaq çərçivəsində Baş Prokurorluq tərəfindən 5 dövlət ittihamçısı təyin edilib. Qeyd edək ki, rəsmi məlumatlara görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.  

Şirvan şəhərində narkotik satışı ilə məşğul olan şəxslər həbs edildi

Şirvan şəhərində narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Əli Alcanov və Kamal Kərimov saxlanılıb. Kamal Kərimovun üzərinə keçirilən baxış zamanı bir kibrit qutusunda […]

Dövlət Başçısı İlham Əliyev İdmançıları mükafatlandırıb

Prezident İlham Əliyev ötən gün imzaladığı Sərəncama əsasən Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Sərəncama əsasən, Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər fəxri diplomla təltif ediliblər: İsayev Xəzər Ağali oğlu (Sərbəst güləş üzrə Dünya və ikiqat Avropa […]

Bakıda baş verən dəhşətli yanğından 25 nəfər təxliyə edilib

Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib.  Üçmərtəbəli yataqxana binasında çıxan yanğından, 25 nəfər təxliyə edilib. Bu barədə Fövqaladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlama verib. Məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər […]