Browsing category

Aktual

Aktual xəbərlər

Pezeşkian qonşu ölkələrə zərbələrə görə üzr istədi

İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrə qarşı həyata keçirilmiş son hücumlarla bağlı açıqlama verərək üzr istəyib. O bildirib ki, bundan sonra İranın hərbi addımları yalnız cavab tədbiri kimi həyata keçiriləcək. Pezeşkianın sözlərinə görə, qonşu dövlətlər yalnız İran ərazisinə hücum baş verəcəyi halda hədəf alınacaq. Bu yanaşma ilə bağlı qərarın müvəqqəti rəhbərlik şurası tərəfindən qəbul edildiyi […]

DTX İrana bağlı terror planını ifşa etdi

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirdiyi kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı – Sepah Korpusu tərəfindən ölkəmizdə planlaşdırılan terror və kəşfiyyat əməliyyatlarının qarşısını alıb. Trend-in məlumatına görə, İİKK-nın əlaqə saxladığı və Azərbaycan ərazisində kəşfiyyat məlumatlarının toplanmasını, həmçinin terror təxribatı və sui-qəsd cəhdlərini həyata keçirməyi planlaşdıran şəxslər müəyyən edilib. Məlumata görə, Bakının […]

ABŞ İrandan Naxçıvana hücumu pislədi

ABŞ İran tərəfindən Naxçıvana pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları qətiyyətlə pislədiyini və Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edib. Bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib. Məlumatda qeyd olunur ki, səfirlik bölgədəki vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağalmağı arzulayır.

Azərbaycanda 1 nömrəli səfərbərliklə bağlı açıqlama

Azərbaycan Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı izahat verib. Nazirliyin məlumatına görə, 1 nömrəli səfərbərlik elan olunarsa, Silahlı Qüvvələr tam döyüş hazırlığı vəziyyətinə gətirilir və ehtiyatda olan hərbi qulluqçular xidmətə çağırıla bilər. Qeyd olunub ki, səfərbərlik çərçivəsində hərbi hissələr əvvəlcədən müəyyən edilmiş mövqelərə və ya təyin olunmuş ərazilərə dislokasiya edilir. Müdafiə Nazirliyi bildirib ki, bu […]

İran ABŞ-ə hücum etmək niyyətində deyil – Xarici İşlər Nazirliyi

İranın ABŞ ərazisinə hücum etmək niyyəti yoxdur. Ölkə xarici işlər naziri Abbas Əraqçi bu mövqeyini “NBC News”a verdiyi müsahibədə açıqlayıb. Əraqçi bildirib ki, Yaxın Şərqdə artıq kifayət qədər Amerika bazaları və hərbi personal mövcuddur və buna görə də daha irəli getməyə ehtiyac yoxdur:“Xeyr. Onların ətrafımızda kifayət qədər bazaları var, bəs niyə daha irəli getməliyik? Onların […]

Pakistan Azərbaycana dron hücumu ilə bağlı narahatlığını bildirdi

Martın 5-də Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova telefonla zəng edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Pakistan tərəfi Azərbaycana qarşı həyata keçirilən dron hücumu ilə əlaqədar ciddi narahatlığını bildirib. Qeyd olunub ki, regionda genişmiqyaslı gərginliyə səbəb ola biləcək […]

Almaniya Naxçıvana hücumla bağlı Azərbaycana dəstək verdi

Almaniya İranın hücumları fonunda Azərbaycanla həmrəyliyini ifadə edib. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi rəsmi açıqlama yayıb. Bəyanatda qeyd olunub ki, Naxçıvana İran pilotsuz uçuş aparatları ilə endirilən zərbələr, eləcə də Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan istənilən addım qətiyyətlə pislənir. Diplomatik nümayəndəlik həmçinin Azərbaycanla və baş verən hadisə nəticəsində zərər çəkən şəxslərlə həmrəylik ifadə edib və vəziyyətin […]

ABŞ-İran münaqişəsi: milyardlarla dollarlıq itki iddiaları

Fevralın 28-dən etibarən İrana qarşı başladılan hərbi əməliyyatlardan sonra ABŞ-ın ciddi maliyyə itkisi ilə üzləşdiyi iddia olunur. Bu barədə açıq mənbələr və peyk görüntüləri əsasında araşdırma aparan Türkiyənin Anadolu Agentliyi məlumat yayıb. Nəşrin təhlilinə görə, İran tərəfinin zərbələri nəticəsində ABŞ-a ümumilikdə təxminən 1,9 milyard dollardan çox ziyan dəyib. Ən böyük itkinin Qətərdə yerləşən hərbi bazada […]

Xəzərdə növbəti xilasetmə əməliyyatı

Xəzər dənizində mühərriki sıradan çıxan balıqçı qayığının heyət üzvləri operativ müdaxilə nəticəsində xilas edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın ərazi sularında dəniz sərhədlərinin mühafizəsi, su nəqliyyat vasitələrinə nəzarət və axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir. Məlumata əsasən, Sahil Mühafizəsinin Sahil Nəzarəti Bölməsinə “Yamaha-55” markalı, Mİ-912 quyruq nömrəli balıqçı […]

Tələbələr üçün nəqliyyatda yeni güzəşt gözlənilir

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə tələbələr üçün nəzərdə tutulan yeni güzəşt mexanizmi ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda 160 minə yaxın tələbə “TələbəPlus” kartından aktiv şəkildə istifadə edir. Gələcək mərhələdə isə bu kart vasitəsilə yalnız müəllimlər deyil, tələbələr də ictimai nəqliyyatda 10 faiz endirimdən yararlana biləcəklər. Nazir müavininin sözlərinə görə, məsələ […]