Browsing category

Aktual

Aktual xəbərlər

Cəmiyyətimizin unudulan dəyərləri

Səhər işə gedirdim. Hər zaman istifadə etdiyim mikroavtobusa mindim, hündürdəki oturacaqlardan birində əyləşdim. Avtobus dolu idi, sakitcə gedirdik. Qapıya yaxın oturacaqlarda iki gənc qız oturmuşdu, təxminən 18-20 yaşlarında. Telefonlarına o qədər qapılmışdılar ki, sanki ətrafda dünya yox idi. Bir az sonra, təxminən 60-65 yaşlarında, əlində əsa tutan yaşlı bir qadın avtobusa mindi. Qapının ağzında dayandı, […]

Banklarda yeni dövr: Keşbeklər azalır, müştərilərin vərdişləri qalır

Bankların illərlə müştəriləri cəlb etmək üçün istifadə etdiyi “keşbek” kampaniyaları getdikcə zəifləyir. Bu sistemin mahiyyəti kartla ödəniş zamanı müəyyən faizlə pulun geri qaytarılması idi. İlk mərhələdə həm bank kartlarına marağı artırır, həm də nağdsız ödənişləri stimullaşdırırdı. Son aylarda isə banklar keşbek faizlərini minimuma endiriblər. Əvvəllər mağaza, yanacaqdoldurma məntəqəsi və restoranlarda yüksək faizlə geri ödəniş təklif […]

Azərbaycanda sosial müavinət alanların sayı açıqlandı

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il iyulun 1-i vəziyyətinə ölkədə sosial müavinət alanların sayı artıb. Belə ki, yaşa görə müavinət alanların sayı 166,2 min nəfər təşkil edib (ötən ilin müvafiq dövründə – 152,1 min nəfər). Əlilliyə görə müavinət alanların sayı isə 221,2 min nəfər olub ki, onların 42,1 mini əlilliyi olan uşaqlardır. Ailə başçısını […]

Simsiz texnologiyanın gizli riski

Simsiz qulaqcıqlar və görünməyən təhlükə: DNT zədələnməsi və sağlamlıq riskləri Texnologiyanın inkişafı ilə simsiz qulaqcıqlar, “bluetooth” saatlar və digər geyilə bilən cihazlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Rahatlığına görə sürətlə populyarlaşan bu cihazların sağlamlığa təsirləri isə hələ də ciddi müzakirə mövzusudur. Nə üçün təhlükəlidirlər? Simsiz qulaqcıqlar radiotezlik radiasiyası adlanan elektromaqnit dalğaları yayır. Beynəlxalq Xərçəng Araşdırmaları […]

Dönər təhlükəsizliyi ilə bağlı yeni xəbərdarlıq

Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarları bir daha qida təhlükəsizliyi normalarına əməl etməyə səsləyib. Qurumun məlumatında vurğulanır ki, xüsusilə dönər hazırlayan müəssisələrdə sanitar-gigiyenik qaydalara ciddi riayət olunmalıdır. Bildirilir ki, dönər üçün istifadə olunan ət yalnız baytarlıq-sanitariya ekspertizasından keçdikdən sonra satışa buraxıla bilər. Dondurulmuş çiy dönərin daşınması və saxlanması +1°C ilə +4°C arasında […]

Xəzər Universitetində pestisidlərin təhlükələri müzakirə olundu

Azərbaycanda və regionda ekoloji təhlükələrin qarşısının alınması məqsədilə mühüm tədbirlər davam edir. Avqustun 15-də Xəzər Universitetində keçirilən dəyirmi masada pestisidlərin insan sağlamlığına və ətraf mühitə vurduğu ziyanlara diqqət çəkilib. Tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə yaradılan “ToxicNet” Regional Şəbəkəsi çərçivəsində təşkil olunub. Dəyirmi masada əsas diqqət qalıq pestisidlərin ətraf mühitə vurduğu […]

ABŞ-də valideynləri qorxudan saxta “Labubu”lar – ölümcül təhlükə xəbərdarlığı

ABŞ-də valideynlərə xəbərdarlıq edilib: son vaxtlar sürətlə yayılan saxta “Labubu” oyuncaqları uşaqlar üçün ciddi təhlükə yaradır. “Pop Mart” şirkətinin istehsalı olan yumşaq monstr fiqurları bu yay sosial şəbəkələrdə populyarlıq qazanaraq satış rekordları qırıb. Lakin yüksək tələbat səbəbindən bazara çoxlu sayda keyfiyyətsiz nüsxələr – “Lafufu” adlı saxta məhsullar daxil olub. Mütəxəssislərin sözlərinə görə, bu oyuncaqlar tez […]

Türkiyədə “hər şey daxil” sisteminə son – Azərbaycanda da tətbiq edilə bilərmi?

Türkiyədə qida israfının qarşısını almaq üçün hotellər və restoranlarda “hər şey daxil” sisteminin menyu əsaslı model ilə əvəzlənməsi məsələsi gündəmə gəlib. Türkiyə Prezidenti yanında Kənd Təsərrüfatı və Ərzaq Siyasəti Şurası yaxın vaxtlarda bu istiqamətdə qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır. Maraqlıdır, bu model Azərbaycanda da tətbiq oluna bilərmi? Mövzu ilə bağlı DAİR Otellər və Restoranlar […]

Şəhidlər xiyabanında qeyri-etik hərəkət: əcnəbilər saxlanılıb

Bakıda bir qrup xarici vətəndaş Şəhidlər xiyabanında hörmətsiz davranış nümayiş etdirib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Polis artıq həmin şəxsləri saxlayıb və hazırda araşdırma aparılır. Onların hərəkətlərinə qanuni qiymət veriləcək. Milli Məclisin üzvü Arzuxan Əlizadə bildirib ki, bu hadisəni törədənlərin ərəb vətəndaşları olduğu ehtimal edilir. Deputat vurğulayıb ki, Azərbaycana gələn hər bir əcnəbi dövlətimizin qanunlarına […]

Azərbaycanda 18 yaşından aşağı 185 qadın nikaha daxil olub

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 18 yaşı tamam olmamış 185 qadın rəsmi nikaha daxil olub. Kişilər arasında isə belə hallar qeydə alınmayıb. Qanunvericiliyə əsasən, ölkədə nikah yaşı 18 olaraq müəyyən edilib. Lakin ötən il qüvvədə olan Ailə Məcəlləsinə görə, üzrlü hallarda bu yaş həddi 1 il azaldıla bilirdi. Həmin istisna bu ildən […]