Browsing category

Aktual

Aktual xəbərlər

Gənc əsgərlərlə görüşlər müvəqqəti dayandırıldı

Azərbaycan Ordusunda yeni xidmətə başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Müdafiə Nazirliyinin məlumatına görə, hərbi mühitə adaptasiya dövründə gənc əsgərlərin respirator xəstəliklərə, xüsusən də qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün hərbi hissələrdə görüşlər müvəqqəti məhdudlaşdırılıb. Nazirlik vətəndaşlara, xüsusilə də gənc əsgərlərin valideynlərinə müraciət edərək, bu məhdudiyyətə anlayışla yanaşmağı və hazırda hərbi […]

Ermənistan parlamentinin sədri: Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni məhsulları satılacaq

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana “Tramp marşrutu” üzrə maneəsiz yolun açılması barədə jurnalistlərin sualını cavablandırarkən bildirib ki, artıq skanerlər mövcuddur və maşınlar onlardan keçəcək. Simonyan iki ölkə arasında münasibətlərin tədricən normallaşdığını, lakin hələ yaraların təzə olduğunu qeyd edib:“Gərginlik var, həm bizim, həm də onların tərəfində yaralar hələ sağalmayıb. Söhbət həm də bir-birimizlə üzbəüz ünsiyyətin […]

MİQ-də iştirak edənlər nə qədər ödəniş edəcəklər

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Qanuna əsasən, müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak ödənişli olacaq. Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, hər il 45 minədək namizəd müsabiqəyə yazılır, lakin 10-12 min nəfər iştirakdan imtina edir. Bu isə əlavə xərclərə səbəb […]

72 mindən çox müəllim maaşı artımla alacaq – Nazir açıqladı

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, gələn ildən bütün fənlər üzrə müəllimlər sertifikatlaşdırmadan keçəcəklər. Tarix, texnologiya, təsviri incəsənət və digər ixtisaslar da imtahan prosesinə daxil ediləcək. Nazir bildirib ki, artıq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma mərhələsi yekunlaşıb. Onun sözlərinə görə, cari ilin müsahibə mərhələsi bitdikdən sonra […]

MİQ imtahanında kimlər ödəniş verməyəcək?

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq. Lakin qanun layihəsinə əsasən, bəzi şəxslər bu ödənişdən azad ediləcəklər. Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsinə görə, ilk dəfə imtahanda iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan ailə üzvləri, şəhid ailəsi üzvləri, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda […]

İnformasiyanın xassələri

Müəyyən vaxta qədər doğruluğundan əmin olduğum məlumatlardan bir müddət sonra əmin ola bilmirəm. Bu, sadəcə, olanlara baxış bucağımın, ya da baxış məsafəmin dəyişməsi ilə bağlı deyildir, həm də həmin məlumatların tamlığına, obyektivliyinə məndə şübhə yaranması ilə bağlı olur. Əslində bu halı zaman-zaman yaşayırıq. Məsələn, 7-8 yaşında bir uşaq bildiyi bir şeyin doğruluğuna o qədər əmin […]

Problemli kreditlər Azərbaycanda artmaqdadır

Son dövrlərdə Azərbaycanda problemli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artıb, bu isə həm bankların, həm də qeyri-bank kredit təşkilatlarının portfellərinə təsir göstərir. Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk yarısında vaxtı keçmiş kreditlərin ümumi məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüksəlib. Artımın əsas səbəbləri bunlardır: Makroiqtisadi çətinliklər: Dünya bazarlarında qiymət dalğalanmaları, valyuta məzənnələrinin dəyişməsi və bəzi […]

Azərpoçt adından yayılan kiber fırıldaqçılığa qarşı xəbərdarlıq

Elektron təhlükəsizlik xidmətinin müşahidələrinə görə, son günlər kiber dələduzlar Azərpoçt MMC adından və loqosundan istifadə edərək vətəndaşları hədəf alır. Onlar sms, zəng və saxta elektron poçtlar vasitəsilə ödəniş tələb edən saxta məlumatlar təqdim edir və istifadəçiləri şübhəli keçidlərə yönləndirirlər. Bu keçidlərdə sifarişin ödənilməsi, nağd pulun qorunması və çatdırılma kimi uydurma statuslar göstərilir. İstifadəçi düyməyə klik […]

Havanın temperaturu kəskin enəcək – Diqqət

Bu il yay mövsümünün ilk yarısı gözləniləndən daha sərin keçib. İyulun ortasına kimi tez-tez yağan yağışlar və güclü küləklər havanı xeyli dəyişib, ikinci yarıda isə istilər hiss olunmağa başlayıb. Ekoloq alim Telman Zeynalov bildirib ki, yaxın günlərdə havaların tədricən soyuması gözlənilir:“Artıq temperaturun enmə prosesi başlayıb. Payız əvvəlki illərlə müqayisədə nə çox isti, nə də sərt […]

Mal əti yenidən bahalaşdı

Bakıda və bəzi bölgələrdə mal ətinin qiyməti artıb. Paytaxtda ət 20 manata, bölgələrdə isə 17 manata satılır. Qəssablar qiymət artımının onların xeyrinə olmadığını bildirirlər. Onların sözlərinə görə, qiymət yüksəldikcə alıcı sayı azalır. Qiymət artımına əsas səbəb isə mal qıtlığıdır. Əvvəllər xaricdən gətirilən heyvanlar artıq bazara daxil olmur. Eyni zamanda, otun qiyməti və örüş sahələrinin azalması […]