Browsing category

Aktual

Aktual xəbərlər

Xankəndidə silah alverinə qarşı əməliyyat — avtomatla keçmək istəyən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi əməkdaşları Xankəndi şəhərində qanunsuz odlu silah və sursat dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat həyata keçiriblər. Xankəndi Şəhər Polis Şöbəsinin məlumatına görə, Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanov şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən avtomat silah keçirməyə cəhd edib. Təhlükəsizlik yoxlaması zamanı onun idarə etdiyi “Mercedes” markalı avtomobildə axtarış aparılıb və […]

Danimarka 15 yaşadək uşaqlara sosial şəbəkə qadağası planlaşdırır

Danimarkanın baş naziri Mette Frederiksen ölkə parlamentində çıxışı zamanı hökumətin 15 yaşına qədər uşaqlara və yeniyetmələrə müəyyən sosial media platformalarına giriş qadağası tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Frederiksen bildirib ki, sosial medianın təsiri gənclərin psixologiyasına və uşaqlıq dövrlərinə mənfi təsir göstərir. Onun sözlərinə görə, “mobil telefonlar və sosial media uşaqlarımızın uşaqlığını oğurlayır”. Baş nazir hələlik hansı […]

Gəncədə beynəlxalq idman coşqusu

Azərbaycanda keçirilən III MDB Oyunlarına bu gün yekun vurulacaq. Yarışların sonuncu günündə qaliblər və medalçılar müəyyənləşəcək. Bağlanış günündə bədii gimnastika yarışları Şəkidə davam edəcək, axşam saat 19:00-da isə Gəncə şəhər stadionunda turnirin rəsmi bağlanış mərasimi baş tutacaq. Bu ilki MDB Oyunları miqyasına görə əvvəlkilərdən fərqlənib. Turnirdə 13 ölkədən ümumilikdə 1 624 idmançı və 2 337 […]

Dövlət informasiya sistemlərinə qarşı kiber təhlükələr zərərsizləşdirildi

Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində dövlət qurumlarına qarşı planlaşdırılan çoxsaylı kiberhücumların qarşısı alınıb. Qurumdan verilən məlumata görə, həyata keçirilən analizlər zamanı 650 kiberhücum indikatoru müəyyən edilib. Bu indikatorların vaxtında bloklanması nəticəsində dövlət strukturlarına qarşı xüsusi hədəflənmiş APT (Advanced Persistent Threat) tipli hücumların təsiri neytrallaşdırılıb. Hesabat dövrü […]

Hicab məcburiyyəti ləğv edildi – qadınlar azad geyinə bilər

İranda illərdir davam edən ictimai mübarizə nəhayət nəticə verdi. Ölkədə hicabla bağlı sərt qaydalar yumşaldılıb və artıq küçələrdə, ictimai yerlərdə sərbəst geyinən qadınlara rast gəlmək adi hal almağa başlayıb. Bu, son illərdə qadınların azadlıq və hüquq tələblərinin ən mühüm nailiyyətlərindən biri kimi dəyərləndirilir. “Azad İran” “Telegram” kanalında yayımlanan kadrlarda qadınların hicabsız şəkildə gəzintiyə çıxdığı, ictimai […]

Qripə qarşı vaksinasiya kampaniyası başlayır

Havaların soyuması ilə əlaqədar olaraq ölkədə kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır. Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi payız-qış mövsümündə qripə qarşı vaksinasiya kampaniyasına start verir. Vaksinasiya üçün “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan, tam təhlükəsiz və yüksək keyfiyyətli qrip vaksinləri gətirilib. Səhiyyə naziri Teymur Musayevin […]

Pensiya sistemində yenilik – Elektron dövr başlayır

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edib. Yeni qərara əsasən, əmək pensiyalarının təyin olunması, imtina halları, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi ilə bağlı qərarlarda göstərilən məlumatlar artıq Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə və əldə oluna biləcək. […]

Diqqət! Bank kartınız təhlükədə ola bilər

Bank kartları vasitəsilə dələduzluq halları, saxta zənglər və hesab məlumatlarının ələ keçirilməsi cəhdləri artmaqdadır. Fırıldaqçılar çox vaxt özlərini bank əməkdaşı kimi təqdim edir, kart məlumatlarını və SMS-lə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu kimi hallarla rastlaşan vətəndaşlar dərhal polisə məlumat verməlidirlər. Nazirlik bildirib ki, heç bir bank əməkdaşı […]

“Gürcü Arzusu” bələdiyyə seçkilərində qələbəsini elan etdi

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası bələdiyyə seçkilərinin nəticələrinə əsasən bütün bələdiyyələrdə ilk turdan qalib gəldiyini açıqlayıb. Partiyanın rəhbərliyi bu münasibətlə paytaxt Tbilisidə yerləşən baş qərargahda toplaşıb. Məlumata görə, tədbirdə partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili də iştirak edib. Eyni zamanda, şəhərdə siyasi gərginlik müşahidə olunur. Etirazçılar “Gürcü Arzusu”nun mərkəzi ofisinə yürüş etməyə hazırlaşır, ərazidə […]

İran Prezidenti: “Heç kimi hicab taxmağa məcbur etmək olmaz”

İran Prezidenti Məsud Pezeşkian qadınların hicab taxmasının məcburi olub-olmaması ilə bağlı “Fox News” telekanalına verdiyi müsahibədə diqqətçəkən açıqlama verib. Dövlət başçısı bildirib ki, cəmiyyətin dəyərləri və mədəniyyətinə hörmət vacib olsa da, insanları nəyəsə məcbur etməyin tərəfdarı deyil: “Mən məcburiyyətə inanmıram və bunu praktik hesab etmirəm. Heç vaxt kimisə istəmədiyi bir şeyə məcbur edə bilməzsən. Məsələləri […]