Browsing category

Aktual

Aktual xəbərlər

Cəbhədə vəziyyət gərginləşir

Rusiya ordusu Ukraynanın şərqində hücumlarını genişləndirərək, səylərini Donetsk vilayətinin strateji əhəmiyyətli Pokrovsk şəhərinə yönəldib. “Financial Times”ın məlumatına görə, aylarla ləng irəliləyişdən sonra Rusiya bölmələri artıq şəhər ərazisinə daxil olub. Ukrayna qüvvələri isə düşmənin hücumlarını dəf etmək üçün şiddətli döyüşlər aparır. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov təxminən 5 500 Ukrayna hərbçisinin Pokrovsk yaxınlığında […]

Şirkət rəqəmsal inkişaf və genişzolaqlı internet sahəsində uğurlarına görə təltif olunub

“Aztelekom” MMC, AZCON Holding şirkətlər qrupuna daxil olan qurum, telekommunikasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətinə görə iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Paris şəhərində keçirilən Beynəlxalq Konqres çərçivəsində Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən “Aztelekom”a “Broadband for Digital Inclusion Excellence” mükafatı təqdim olunub.Bu mükafat, internet xidmətlərinə bərabər çıxış imkanlarının genişləndirilməsi, regionlarda genişzolaqlı […]

Nazirlər Kabinetindən mühüm qərar

Nazirlər Kabineti Prezident tərəfindən təsdiqlənən “Yaşayış minimumu haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, tibb, təhsil və sosial sahəyə aid müəssisələr üçün yeni qida normalarını təsdiqləyib. İqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib ki, dəyişikliklərə əsasən artıq sosial sahəyə aid müəssisələrdə də xidmət alan şəxslər üçün ortasutkalıq qida normaları müəyyənləşdirilib. “Əvvəlki qanunvericilikdə sosial müəssisələr üçün bu […]

Səhiyyədə rəqəmsal dönüş davam edir

Azərbaycanda poliklinikalarda elektron növbə sisteminin tətbiqi istiqamətində işlər sürətlə aparılır. Bu barədə TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov jurnalistlərə açıqlama verib. O bildirib ki, artıq bir çox tibb müəssisəsində elektron növbə konsepti fəaliyyətə başlayıb: “Bu sistemin tətbiqi tibb xidmətlərində şəffaflığı artıracaq və vətəndaşlara daha rahat şəkildə qeydiyyatdan keçib həkim qəbuluna yazılmaq imkanı yaradacaq. Tədricən bu […]

Nazir və komitə sədrləri bölgələrə gedir

Noyabr ayında nazir və komitə sədrləri regionlarda vətəndaşları qəbul edəcək Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin noyabr ayında ölkənin müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu keçiriləcək. Qəbul zamanı vətəndaşların müraciətləri yerində dinləniləcək və həlli üçün müvafiq tədbirlər görüləcək. Aşağıda noyabr ayı üzrə qəbul cədvəli təqdim olunur: № Rəhbər Şəhər/Rayon […]

Gənc müəllimlərə işləmək üçün əlavə stimullar

2026-cı ildə gənc müəllimlərin kənd məktəblərinə cəlb olunmasını stimullaşdırmaq məqsədilə onların əməkhaqqına əlavə ödənişlər nəzərdə tutulur. Bunun üçün dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılacaq. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən artıq gənc mütəxəssis kənd rayonlarındakı ümumtəhsil məktəblərinə işə […]

Veteranlara təqaüd artımı olmayacaq

Azərbaycanda 2026-cı ildə müharibə veteranlarına verilən təqaüdün artırılması planlaşdırılmır. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, gələn il veteranlara ödənilən Prezident təqaüdü mövcud səviyyədə, yəni 80 manat olaraq qalacaq. Quliyev əlavə edib ki, hazırda bu təqaüd müharibə veteranlarının sosial dəstəyinin təmin edilməsi baxımından vacibdir, lakin artım nəzərdə tutulmur. […]

Süni intellekt sosial ədalətin güclənməsində yeni mərhələ açır

Süni intellekt artıq yalnız texnoloji yenilik deyil, düzgün tətbiq olunduqda insan həyatını asanlaşdıran, xidmətlərin keyfiyyətini artıran və sosial ədaləti gücləndirən strateji bir vasitəyə çevrilib. Bunu Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Adil Çalışkan “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib. Nazir müavini bildirib ki, texnologiyanın əsas məqsədi insanın […]

Qrip mövsümü başladı — peyvəndlənmə kampaniyasına start verildi

Payız-qışda artan respirator viruslara qarşı ən effektiv qorunma yolu vaksinasiya hesab olunur Azərbaycanda mövsümi xəstəliklərin artdığı bir vaxtda qrip əleyhinə peyvəndlənmə kampaniyasına start verilib. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, vaksinasiya prosesi 2025-ci il oktyabrın 8-dən etibarən başlayıb. Kampaniyanın məqsədi əhalinin sağlamlığını qorumaq və mövsümi infeksiyaların qarşısını almaqdır. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov […]

Qızıl bazarında eniş dalğası

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdıQızılın qiyməti enməkdə davam edir — fyuçers bazarında azalma müşahidə olunur Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 0,48% azalaraq 4 125,7 ABŞ dolları təşkil edib.Eyni zamanda, gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,28% geriləyib və 48,08 ABŞ dolları səviyyəsinə düşüb.