Qadağan olunan mərc oyunlarının reklamı ifşa edildi – 17 influenser saxlanıldı
Azərbaycanda sosial şəbəkələrdə qadağan olunmuş onlayn qumar və mərc oyunlarının reklamına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşları ilə birgə həyata keçirilib. Araşdırmalar nəticəsində məlum olub ki, bir sıra tanınmış influencerlər və sosial media […]