Browsing category

Aktual

Aktual xəbərlər

Daim başqalarına “bəli” demək emosional və fiziki sağlamlığınıza təsir edir

Mütəxəssislərin fikrincə, daim başqalarını məmnun etməyə çalışmaq xroniki stressə, emosional tükənməyə və immun sisteminin zəifləməsinə səbəb olur. Uzun müddət davam edən belə gərginlik isə bədənin iltihabi proseslərini artırır və xərçəng kimi ciddi xəstəliklərin inkişafına əlverişli şərait yarada bilər. Onkopsixoloq Alla Lobanova bildirir:“İnsan başqalarına ‘bəli’ dedikdə, əslində özünə ‘yox’ deyir. Hüdudlarını müəyyənləşdirə bilmir, daxili enerjisini tükəndirir […]

Azərbaycanın icra başçılarının maaşları açıqlanıb

Tanınmış iqtisadçı Natiq Cəfərli şəhər və rayon İcra Hakimiyyətlərinin başçılarına ödənilən maaşların məbləğini açıqlayıb. Ekspertin məlumatına görə, maaşlar inzibati-ərazi vahidi və əhali sayına görə belədir: Bakı şəhəri İcra başçısı – 7650 manat Gəncə və Sumqayıt şəhərləri – 5625 manat Əhalisi 100 min nəfərdən çox olan rayonlar (Abşeron, Masallı, Şəmkir və s.) – 4587,5 manat Əhalisi […]

Aliment ödəyən kişilərin sayı artır – Komitə xəbərdarlıq edir

Ölkədə qəbul olunmuş “Gender bərabərliyi haqqında” və “Məişət zorakılığı haqqında” qanunların icrası istiqamətində dövlət proqramları hazırlanır və müvafiq tədbirlər həyata keçirilir. Ailə siyasətinin milli-mənəvi dəyərlərə əsaslanaraq formalaşdırılması da prioritet vəzifələrdəndir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və Təhsil […]

Kənd təsərrüfatında xəstəliklərə qarşı tədbirlər

Kənd təsərrüfatı məhsulları istehsalçılarının mal-qarasının qarayara, dabaq, brusseloz, quduzluq və digər yoluxucu xəstəliklərdən qorunması məqsədilə dövlət büdcəsi hesabına vaksinləşdirmə aparılır. Bu barədə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə Aqrar siyasət, Ailə, Qadın və Uşaq məsələləri, Elm və Təhsil komitələrinin birgə iclasında məlumat verib. Onun sözlərinə görə, 2026-cı ildə baytarlıq xidmətlərinin həyata keçirilməsi, dövlət büdcəsinin […]

Sosial Müdafiə və FHN əməkdaşlığı

Əlilliyi olan şəxslər üçün erkən xəbərdarlıq sistemi, SMS xidməti və məlumatlandırma tətbiqləri yaradılacaq. Modern.az xəbər verir ki, bu addım Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 2025-2030-cu illər üzrə imzalanmış Birgə Fəaliyyət Planında nəzərdə tutulub. Plan çərçivəsində əlilliyi olan və onlara qulluq edən şəxslər üçün fövqəladə hallarda davranış qaydaları ilə […]

Demoqrafik xəbərdarlıq

Son 10 ildə Azərbaycanın əhali strukturu əhəmiyyətli dəyişikliklər göstərir. Hesablama Palatasının məlumatına görə, yaşlıların (65+) sayı sürətlə artır, gənc nəsil isə kifayət qədər çoxalmır. Əmək qabiliyyətli yaşda olan hər 100 nəfərə düşən 65+ yaşlıların sayı belədir: 2021-ci il – 12,7, 2022 – 13,6, 2023 – 14,7, 2024 – 16 nəfər. Bu isə pensiya sisteminə düşən […]

Vətəndaşlar artıq iş yerinə dair arayışı birbaşa “myGov” platformasından əldə edə biləcəklər

“myGov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir yeni xidmət təqdim olunub. Artıq “İş yerinə dair arayışın alınması” xidməti birbaşa “myGov” portalında da aktivdir. Bu yenilik İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb. Yeni xidmət vasitəsilə vətəndaşlar iş yerlərinə dair arayışı birbaşa “myGov” üzərindən əldə edə […]

Yeni qaydalar açıqlanıb

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi növbəti mövsümdən etibarən zəvvarlara yeni tələblər tətbiq edəcək. Yeni qaydaya əsasən, Həcc vizası verilərkən zəvvarlardan sağlamlıq sertifikatı tələb olunacaq. Bu sənəd Həcc bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiqlənməli, həmçinin “Masar” platformasında elektron şəkildə qeydiyyata alınmalıdır. Məlumata görə, qurbanlıq heyvanın alınması və kəsilməsi “Adahi” platforması və Həcc büroları […]

Təyyarə qəzası ilə bağlı araşdırma davam edir

Gürcüstan ərazisində qəzaya düşən C-130 tipli hərbi nəqliyyat təyyarəsinin “qara qutusu” araşdırma məqsədilə Türkiyəyə göndərilib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xatırladaq ki, bir neçə saat əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan təyyarənin “qara qutusu”nun tapıldığını açıqlamışdı. Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Günəşdə baş verən partlayış Yerə təsir göstərir

Bu gün gecə saatlarından etibarən Günəşdə baş verən partlayış nəticəsində Yerin maqnit sahəsində güclü geomaqnit qasırğası müşahidə olunur. Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, hazırda qasırğa aktiv fazadadır və yaxın saatlarda təsirini saxlamaqda davam edəcək. Mütəxəssislərin proqnozuna görə, geomaqnit qasırğası 14 noyabrda tədricən zəifləyəcək və sabah axşama doğru tam […]