Browsing category

Aktual

Aktual xəbərlər

Ailə böhranı ciddi artıb

Rəsmi statistika göstərir ki, Azərbaycanda nigaha daxil olan ailələrin təxminən 50%-i boşanma ilə nəticələnir. Son 3 ilin məlumatları isə bu rəqəmin daha da düşündürücü olduğunu ortaya qoyur. Deputat Məlahət İbrahimqızı parlamentin plenar iclasında bildirib ki, boşanmaların artması demoqrafik təhlükəsizlik, uşaqların psixoloji vəziyyəti, aliment məsələləri və yeni sosial proqramlar baxımından ciddi maliyyə yükü yarada bilər. O […]

Xəzər dənizində su səviyyəsi azalır

Son illər Xəzər dənizində müşahidə olunan su səviyyəsinin enməsi regionun ekosistemi və iqtisadiyyatına mənfi təsir göstərir. Bu isə dənizin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Ekoloq Çingiz İsmayılov bildirib ki, suyun azalmasının əsas səbəbləri quraqlıq, qlobal iqlim dəyişikliyi və Xəzərə daxil olan çay sularının həcminin azalmasıdır:“Xəzər dənizində səviyyə dövri olaraq dəyişir. 35-50 illik dövr ərzində […]

Diqqət: Kart Fırıldaqları Artıb! – Vətəndaşlara Təcili Xəbərdarlıq

Bank kartlarına qarşı dələduzluq hallarının artması fonunda vətəndaşlar daha diqqətli olmağa çağırılır. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mövcud risklər səbəbindən DİN növbəti dəfə xəbərdarlıq edərək hər kəsi sadə, lakin vacib təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Məlumatda aşağıdakılar xüsusi vurğulanır: — Hər zəngi açmayın. Naməlum nömrələrdən edilən zənglər çox vaxt […]

Alimlər xəbərdarlıq edir: İqlim dəyişikliyi kənd təsərrüfatına ciddi təsir göstərə bilər

Tədqiqatçılar bildirirlər ki, gələcək istilik dalğaları buğda bitkilərinin suya olan tələbatını əhəmiyyətli dərəcədə artıracaq. Yeni araşdırmalar göstərir ki, buğda istilik stresi şəraitində böyüməyə dəstək olan su qənaət mexanizmlərini itirir və daha çox suya ehtiyac duyur. Britaniyada aparılan araşdırmaya görə, istilik dalğaları zamanı buğda yarpaqlarındakı stomatal məsamələr geniş açılır ki, bu da bitkinin özünü sərin saxlamasına […]

Rəqəmsal Vergi Xidməti Yeni Səviyyədə

“AzInTelecom” MMC (AZCON Holding) və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində SİMA rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası genişləndirilməkdədir. Əlavə inteqrasiyalar nəticəsində daha 30-a yaxın elektron vergi xidməti artıq “SİMA İmza” ilə əlçatan olub. Bu xidmətlərə vahid bəyannamənin göndərilməsi, hüquqi şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, filial və nümayəndəliklərin fəaliyyətinin dayandırılması, vergi ödəyicisinin debitor-kreditor borclarına dair müraciətlər, […]

“ƏDV geri al” genişlənir – Vətəndaşlara daha çox vəsait qaytarılacaq

Gələn ildən vətəndaşların “ƏDV geri al” proqramı çərçivəsində daha çox məbləğ alması nəzərdə tutulur. Vergi Məcəlləsinə bu istiqamətdə təklif olunan dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirədən keçərək plenar iclasa təqdim edilib. Deputat Vüqar Bayramovun sözlərinə görə, yeniliklər qüvvəyə mindikdən sonra “ƏDV geri al” mexanizminin əhatə dairəsi genişlənəcək. Xüsusilə bərbərxana, gözəllik salonları […]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni standartları təsdiqlədi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobuslarla bağlı yeni tələbləri təsdiqləyib. Nazir Rəşad Nəbiyev tərəfindən imzalanan qərara görə, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi və digər şəhər və rayonlarda müntəzəm sərnişin daşımalarını həyata keçirən avtobuslar müəyyən şərtlərə cavab verməlidir. Avtobuslarda gediş haqqı elektron qaydada ödənilə biləcək, sərnişin sayğacı quraşdırılacaq. Sıxılmış təbii qaz və dizel mühərrikli avtobusların […]

Azərbaycan kibertəhlükəsizliyi strateji səviyyədə gücləndirir

Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizlik sisteminin əsas dayaqlarından biri kimi qiymətləndirilir. Bu barədə Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına ünvanladığı müraciətdə bildirib. Prezident vurğulayıb ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” çərçivəsində rəqəmsal iqtisadiyyatın inkişafı ölkənin əsas strateji istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu hədəflərə çatmaq […]

Azərbaycanda astronomiya maarifləndirilməsinə güclü təkan

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi uğurla başa çatıb. Layihə Həvəskar Astronomlar Cəmiyyəti tərəfindən icra olunub və müxtəlif yaş qruplarını astronomiya elminə cəlb etmək, elmi maarifləndirməni gücləndirmək və ölkədə astro-mədəni mühiti genişləndirmək məqsədi daşıyıb. Layihənin açılışı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər […]

Azərbaycanda yumurta ən çox bahalaşan məhsul oldu

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda ən çox qiymət artımı yumurtada qeydə alınıb — 4,7%. Tərəvəzlər üzrə qiymət artımı 4,3%, çay, qəhvə və kakao məhsullarında isə 2,1% olub. Balıq və balıq məhsulları 0,9%, qənd, cem, bal, şokolad və konfetlər isə 0,7% bahalaşıb. Oktyabr ayında əvvəlki aya nisbətən qiymətləri ən çox artan […]