Browsing category

Aktual

Aktual xəbərlər

Rəqəmsal xidmətlər yüksəlir

Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov” artıq 2 milyon istifadəçini geridə qoyub. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən verilən məlumata görə, 2025-ci il ərzində həm veb, həm də mobil tətbiq vasitəsilə platformaya qoşulan vətəndaşların sayı əhəmiyyətli şəkildə artıb. Cari il ərzində 1 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib ki, bu da ötən il ilə müqayisədə […]

Son günlər quş yumurtasında qiymət artımı kənd yumurtasında da hiss olunur

Son günlər bazarlarda yumurtanın qiymətində artım müşahidə olunur. Kənd yerlərində istehsal olunan yumurtanın qiyməti də bahalaşıb. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyir ki, son illərdə quşların baş sayında ciddi azalma olub, təxminən 20 faizdən çox. Onun sözlərinə görə, bu azalmanın əsas səbəbi yemin qiymətinin ildən-ilə qalxmasıdır. “Yemin qiyməti artdıqca, kəndlilər quşların sayını azaldır. Həmçinin kənd […]

Sosial şəbəkələrdə hörmətsiz paylaşımlara qarşı yeni qaydalar

Azərbaycanda xırda xuliqanlıq anlayışı genişlənir. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub. İnzibati Xətalar Məcəlləsi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliklər ediləcək. Yeni dəyişikliyə əsasən, cəmiyyətə açıq şəkildə hörmətsizlik göstərən hərəkətlər xırda xuliqanlıq hesab ediləcək. Belə hallarda 50-100 manat cərimə nəzərdə tutulur. […]

İnternetdə əxlaq normalarına zidd məlumatların yayılmasına yeni məhdudiyyət

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə əsasən, internet informasiya ehtiyatlarının və domen adlarının sahibi, eləcə də informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin resurslarda ictimai mənəviyyata zidd, əxlaqsız və ya cəmiyyətin dəyərlərinə hörmətsizlik edən informasiyaların yerləşdirilməsinə imkan verməməlidir. Layihəyə görə, kütləvi […]

Gələn il işsizlər üçün ayrılan vəsait artırılır

Gələn il işsizlər üçün ayrılan vəsait artırılır – Kimlər bu ödənişdən yararlana biləcək? İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcə layihəsi Milli Məclisdə ilk oxunuşda təsdiqlənib. Sənədə əsasən, gələn il fondun ümumi xərcləri 266,4 milyon manat təşkil edəcək. Bu məbləğin müəyyən hissəsi aktiv məşğulluq proqramlarına yönəlsə də, 28 milyon manat birbaşa işsizlik sığortası ödənişlərinin maliyyələşdirilməsinə ayrılıb. […]

Şuşada Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu Başladı

Şuşa şəhərində Azərbaycan və Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu öz işinə başlayıb. Tədbirdə hər iki ölkənin tanınmış analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrdən nümayəndələr iştirak edirlər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən forum açılış nitqləri ilə start götürüb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Xarici İşlər Nazirliyinin […]

Gələn il pensiyalarda artım olacaq

2026-cı il üçün əmək pensiyalarının maliyyələşdirilməsi məqsədilə ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% çox nəzərdə tutulub. Bunun 81,2%-i, yəni 635,6 milyon manatı indeksasiyaya ayrılacaq, qalan hissə isə yeni təyin olunan və ya yenidən hesablanmış pensiyaların maliyyələşdirilməsi üçün istifadə olunacaq. Bu barədə Milli Məclisin bugünkü iclasında “Dövlət sosial […]

Yeni vergi qaydaları tətbiq olunur

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerlər istisna olmaqla) kirayədən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bu məsələ Milli Məclisin bugünkü iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, […]

Deputatdan vergi təklifi: Aşağı maaşlılar tam azad olsun

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişikliklər müzakirəsi zamanı təklif irəli sürüb. O bildirib ki, 1000 manatdan az maaş alan şəxslər ümumiyyətlə bütün vergilərdən azad olunsun. Deputat həmçinin ləğv olunmuş vergi güzəştlərinin bərpasını təklif edib: “2500 manata qədər maaş alanlar üçün artıq 3 faiz vergi dərəcəsi […]

Şagirdlər üçün yeni dövr başlayır: Universitet hazırlığı birbaşa məktəblərdə

Elm və Təhsil Naziri Emin Əmrullayev bildirib ki, bu ildən tətbiq olunan tam orta məktəb modelinin əhatəsi növbəti ildən daha da genişləndiriləcək. Yeni modelə görə şagirdlər ali məktəblərə hazırlığı artıq məktəbin daxilində, dövlət hesabına keçə biləcəklər. Nazirin sözlərinə görə, bəzi bölgə və qəsəbələrdə hazırlıqlı müəllimlərdən ibarət xüsusi qruplar yaradılacaq və onların əməkhaqları artırılacaq. Bu müəllimlər […]