İnterferensiya edək.
Necə deyərlər, fikirlərin müzakirəsi şərtdir.
Browsing category
Aktual xəbərlər
Necə deyərlər, fikirlərin müzakirəsi şərtdir.
Hemofiliya irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi bundan sonra icbari tibbi sığorta vəsaiti hesabına həyata keçiriləcək. Bu barədə dəyişiklik “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilib və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü […]
Yaşayış sahələrini kirayə verən şəxslər üçün yeni vergi tələbi müəyyənləşdirilir. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, fiziki şəxslərə məxsus mənzillərin (mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla) digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlir 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə […]
Keçmiş məcburi köçkünlərə aylıq müavinətlərin verilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb. Bu barədə Maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib. Nazir müavininin sözlərinə görə, növbəti il müavinət və təqaüdlərin ödənilməsi üçün ümumilikdə […]
Əvvəlki illərdə olduğu kimi, 2025 və 2026-cı illərdə də əvəzetmə əmsalı — yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbəti — müvafiq olaraq 49% və 50,4% səviyyəsində olacaq. Bu göstəricilər Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında Konvensiyasına tam cavab verir. Bunu Milli Məclisin Əmək və sosial siyasət, həmçinin İqtisadi siyasət, sənaye və […]
Gələn il pensiyalar artacaq — orta məbləğ 580 manata yaxınlaşır 2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin həcmi 7 milyard 992,88 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisi ilə müqayisədə 782,35 milyon manat və ya 10,85 faiz çoxdur. Bu barədə məlumat “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz […]
“Bildiyiniz kimi, 2026-cı ildə vergilərə tətbiq edilən güzəşt müddəti başa çatırdı. Hökumət tərəfindən müvafiq addım atılmasaydı, gələn ildən 14 və 25 faizlik dərəcələr qüvvəyə minəcəkdi. Lakin yeni qərara əsasən, 2500 manata qədər əməkhaqqından cəmi 3 faiz gəlir vergisi tutulacaq. Dünyada çox az ölkədə bu qədər aşağı dərəcə mövcuddur,” – bunu maliyyə naziri Sahil Babayev Milli […]
Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Forumunda bildirib ki, sülhün alternativi yoxdur və bu, təkcə dayanıqlı inkişafın məqsədi deyil, həm də ilkin şərtidir. O qeyd edib ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması region üçün dönüş nöqtəsi […]
Sosial şəbəkələrdə “endirimli onlayn xarici dil kursu” elanları paylaşaraq vətəndaşları aldadan 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, o, təsisçisi olduğu “iamzerv academy” adlı səhifədə xarici dil kurslarını bazar qiymətindən xeyli ucuz təklif edib. Elanlara inanan şəxslər 50–600 manat aralığında vəsaiti A.İsmayılovun hesabına köçürüblər. Pul köçürüləndən sonra isə “müəllim” […]
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Qarabağ qaziləri və müharibə veteranları ilə bağlı yeni təşəbbüs irəli sürüb. Onun fikrincə, hər bir veteran azad edilmiş ərazilərdə torpaq payı ilə təmin olunmalı, bunun əvəzində hazırda verilən 80 manatlıq aylıq ödəniş ləğv edilməlidir. Natiq Cəfərli bildirib ki, türklərin və digər qədim xalqların ənənəsində hər bir qalib döyüşçü zəfərdən […]