Browsing category

Aktual

Aktual xəbərlər

Siyasi gərginlik və maliyyə problemləri səbəbindən fəaliyyət dayandırıldı

Ermənistanda yayımlanan azərbaycandilli televiziya kanalı “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb. Kanal dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bildirmişdir. Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanması son günlərdəki siyasi gərginliklə də əlaqələndirilir. Belə ki, dekabrın 3-də Real TV-də keçirilən canlı efirdə aparıcı Vəfa Həmzəyeva ilə […]

Saatlıq əməkhaqqı gözləyir: Azərbaycanda yeni sistem təxirə salındı

Əmək Məcəlləsinə edilən son dəyişikliklərdə bir sıra yeniliklər diqqət çəkib: uşağın doğulması ilə bağlı atalara 14 günlük ödənişli məzuniyyət, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi zamanı əmək müqaviləsi ilə təmin olunması kimi maddələr qanun layihəsinə əlavə edilib. Lakin uzun müddətdir müzakirə mövzusu olan saatlıq minimum əməkhaqqına keçid məsələsi bu dəfə də layihəyə daxil […]

Rusiya Zəngəzur dəhlizi planlarına qarşı çıxdı

Rusiya rəsmiləri Cənubi Qafqazda Moskva və Tehrandan yan keçən nəqliyyat marşrutlarının iqtisadi baxımdan səmərəli olmadığını və regional əməkdaşlığa zidd məqsədlər daşıya biləcəyini bildiriblər. Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Dmitri Litskay açıqlama verib. O, son vaxtlar “Zəngəzur dəhlizi” və yaxud Qərbin təşviq etdiyi alternativ nəqliyyat yollarının fəal şəkildə gündəmə gətirildiyini xatırladıb. Diplomatın sözlərinə görə, bu […]

Saxta iş elanları yayılır

Son günlər sosial şəbəkələrdə və teleqram kanallarında “Temu 1106” adı ilə yayılan mesajlar vasitəsilə vətəndaşlara uydurma iş təkliflərinin göndərilməsi halları artıb. Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına görə, “Temu iş təklifi” kimi təqdim olunan bu müraciətlər fırıldaq məqsədi daşıyır. Dələduzlar insanlara “evdən rahat qazanc”, “asan iş”, “sifarişlərdən yüksək gəlir” kimi yalan və cəlbedici vədlər verir, daha […]

Antarktidada ozon dəliyi rekord şəkildə bağlandı

Antarktida üzərindəki ozon dəliyi bu il gözləniləndən də tez bağlanıb və yaxın onilliklərdə ozon qatının tam bərpa olunacağına dair ümidləri artırıb. Bu barədə “Daily Mail” Kopernik Atmosferə Nəzarət Xidmətinin (CAMS) araşdırmasına istinadən məlumat yayıb. Məlumata görə, hər il yaranan ozon dəliyi dekabrın 1-də tamamilə bağlanıb. Bu, təkcə son illərə nisbətən daha erkən baş verməyib, həm […]

60+ yaşlı müəllimlər üçün yeni təklif: Sertifikasiya nəticəsi məcburi olmasın

Sertifikasiya müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün tətbiq edilən əsas mexanizmlərdən biridir. Son dövrdə bu proseslə bağlı ən çox müzakirə edilən məsələlərdən biri 60 yaşdan yuxarı pedaqoqların imtahanlarda könüllü şəkildə iştirak etməsi və yüksək nəticələr göstərməsi fonunda yaranan hüquqi boşluqdur. Hazırda gündəmdə olan əsas təkliflərdən biri yaşlı müəllimlərin 65 yaşdan sonra da müəyyən müddətlik […]

Xəzərdə ekoloji nəzarət gücləndirildi

Neftçala Xətt Polis Bölməsinin əməkdaşları ekoloji cinayətlərin qarşısını almaq məqsədilə keçirilən tədbirlər çərçivəsində qanunsuz balıq ovu ilə məşğul olan R.Musayevi saxlayıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şəxsin üzərindən “Yamaha” mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri və qanunsuz olaraq tutulmuş müxtəlif növ balıqlar götürülüb. Faktla bağlı araşdırmalar davam edir.

Pandemiya sonrası yeni gündəm

Türkiyə parlamentində pandemiya dövründə tətbiq edilmiş bəzi cərimələrin əfv olunmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması digər ölkələrdə də analoji məsələləri gündəmə gətirib. “COVID əfvi” adlandırılan təşəbbüsün Türkiyədə 50-55 min nəfəri əhatə edəcəyi bildirilir. Pandemiya zamanı tətbiq olunan inzibati cərimələrin ləğvi və ya ödənilmiş məbləğlərin geri qaytarılması artıq bir sıra dövlətlərdə praktikaya çevrilib. Beynəlxalq təcrübədə […]

Kiberpolis əməliyyatı

Sosial şəbəkələrdə qanunsuz onlayn qumar və mərc oyunlarından əldə olunan pul vəsaitlərinin köçürülməsində istifadə edilən bank kartlarının alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı kiberpolis əməliyyatları davam etdirir. Daxili İşlər Nazirliyinin məlumatına görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı bu fəaliyyətlə məşğul olan daha 8 nəfər – Dilqəm Umudov, Nurhəsən Balayev, Sərvər Məmmədov, Zaur […]

Azərbaycanda çoxmərtəbəli binalarda qaz mərhələli şəkildə qadağan olunur.

Azərbaycanda 2035-ci ilə qədər çoxmərtəbəli binalarda təbii qazla çalışan avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılması planlaşdırılır. Bu avadanlıqların bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz olunması “BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası” çərçivəsində hazırlanan “Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) hesabatında öz əksini tapıb. Sənədə əsasən, binalarda elektriklə işləyən hava-su tipli istilik nasosları və elektrik […]