Cənub-Şərqi Asiyada sağlamlıqla bağlı yeni açıqlama
“Tayland Krallığının Səhiyyə Nazirliyi ölkədə aparılan araşdırmalar zamanı meyvə yarasalarında Nipah virusunun izlərinin müəyyən edildiyini açıqlayıb.” Bu barədə yerli Bangkok Post nəşri məlumat yayıb. Nazir müavini Sophon Iamsirita Warne bildirib ki, virusun mövcudluğu təsdiqlənsə də, onun səviyyəsi əvvəllər epidemiya qeydə alınmış ölkələrlə müqayisədə xeyli aşağıdır. Onun sözlərinə görə, virus yalnız bəzi heyvan növləri tərəfindən daşınır […]