Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Cəbhədə gərginlik artır

Rusiya və Ukrayna orduları qarşılıqlı hücumlarını davam etdirir

13

Rusiya və Ukrayna orduları cəbhənin müxtəlif istiqamətlərində intensiv döyüşlər aparır. Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirir ki, Ukrayna qüvvələri Sumi vilayətində irəliləyiş əldə edib, Rusiya isə Donetsk vilayətində hücumlarını gücləndirib.

Məlumata görə, Ukrayna ordusu Suminin şimal-qərbində yerləşən Bezsalovka kəndini geri alıb, rus qoşunları isə uzun döyüşlərdən sonra Yunaqovkanı nəzarətə götürüb. Sərhəd xətti boyunca toqquşmalar davam edir.

Xarkov vilayətində Rusiya qüvvələrinin hücum cəhdləri nəticəsiz qalıb – Ukraynanın pilotsuz uçuş aparatları onların irəliləməsinə imkan verməyib. Liman istiqamətində isə Ukrayna ordusunun müəyyən irəliləyiş əldə etdiyi, rus qoşunlarının ciddi itkilər verdiyi bildirilir.

Eyni zamanda, Pokrovsk bölgəsində rus hərbçiləri kiçik qruplar halında hücum etməyə çalışır, amma nəticə hələ ki, məhduddur. Analitiklərin fikrincə, Moskva ABŞ-ın sülh çağırışlarına baxmayaraq hücumları davam etdirmək niyyətindədir və bəzən onların hədəfi mülki ərazilər olur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.