Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Böyük Qayıdış davam edir: Yeni mərhələdə ailələr işğaldan azad olunmuş ərazilərə köçürülür

Xocalının Təzəbinə və Ballıca kəndlərinə yüzlərlə keçmiş məcburi köçkün köçürülüb

15

Oktyabrın 10-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə növbəti köç mərhələsi həyata keçirilib. Bu çərçivədə Ağdamdan Xocalının Təzəbinə və Ballıca kəndlərinə köç karvanı yola salınıb.

Bu mərhələdə Ballıca kəndinə 15 ailə – ümumilikdə 53 nəfər, Təzəbinə isə 28 ailə – 126 nəfər yerləşdirilir. Köçürülən ailələr müvəqqəti olaraq yataqxanalarda, sanatoriya və inzibati binalarda məskunlaşmışdılar.

Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində həm oraya köçürülmüş keçmiş məcburi köçkünlər, həm də regionda aparılan layihələrdə çalışan, dövlət qurumlarının yerli bölmələrində fəaliyyət göstərən işçilər, təhsil müəssisələrində təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır. Bu proses bölgədə iqtisadi, sosial və infrastruktur layihələrinin davamlılığını təmin edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.