Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Boş qalan yerlərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayır

Bakalavr və subbakalavr pilləsi üzrə son tarixlər açıqlandı

11

Bu gün saat 11:00-dan etibarən ali məktəblərdə boş qalan yerlərə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi start götürür.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, qəbul olunanlar 15 sentyabr saat 18:00-dək portal.edu.az üzərindən şəxsi kabinetlərinə daxil olub “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyənlərin qəbul əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı isə 9–17 sentyabr tarixlərində aparılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.