Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Birləşmiş Ərəb Əmirlikləri İrandakı səfirliyinin fəaliyyətini dayandırdığını və bütün diplomatik personalını geri çağırdığını bəyan edib. Rəsmi açıqlamada bu addımın İran tərəfindən həyata keçirilən hücumlarla əlaqədar verildiyi bildirilib.
Qeyd olunub ki, İranın zərbələri yaşayış məntəqələri, hava limanları, dəniz limanları və müxtəlif xidmət infrastrukturu da daxil olmaqla mülki obyektləri hədəfə alıb. Bu cür hərəkətlərin dinc əhalinin təhlükəsizliyini risk altına saldığı və bölgədə məsuliyyətsiz gərginlik yaratdığı vurğulanıb.
Açıqlamada həmçinin İranın bu addımlarının BƏƏ-nin milli suverenliyinə açıq müdaxilə olduğu, beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin prinsiplərinə zidd təşkil etdiyi qeyd edilib.
Diplomatik nümayəndələrin geri çağırılması qərarının ölkənin təhlükəsizliyinə və müstəqilliyinə yönələn istənilən təhdid və aqressiyanı qəti şəkildə rədd etməsinin bariz ifadəsi olduğu bildirilib.
Əvvəlki yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.