Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Şahin Kərimov dəfn olunub

1993-cü ildə Kəlbəcər istiqamətində itkin düşən Şahin Kərimovun nəşi ailəsinə təhvil verilib, Mingəçevirdə keçirilən vida mərasimindən sonra Şəhidlər xiyabanında torpağa tapşırılıb.

126

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Kərimov Şahin Heydər oğlu ilə Mingəçevir şəhərində vida mərasimi keçirilib.

Uzun illər itkin kimi qeydiyyatda olan Şahin Kərimovun nəşi ailəsinə təhvil verilib. Vida mərasimi şəhidin Mingəçevirdə yerləşən ata evində təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin nəşi Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 4 aprel 1993-cü ildə Kəlbəcər rayonu istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşüb. Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra keçmiş döyüş yoldaşlarının göstərdiyi ərazi əsasında onun qalıqları  aşkarlanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.