Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Belarusda qiymət artımı dayandırılır

Prezident: Oktyabrın 6-dan etibarən qiymətlərin artmasına icazə yoxdur!

14

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə qiymət artımına qadağa qoyulması barədə göstəriş verib. Qərar oktyabrın 6-dan etibarən qüvvəyə minib.

Bu barədə məlumatı Belarusun rəsmi dövlət agentliyi “Belta” yayıb. Lukaşenko Nazirlər Kabinetinin iclasında məsələ ilə bağlı kəskin çıxış edərək bildirib:

“Oktyabrın 6-dan bütün qiymət artımları qadağandır. Qiymətlər bir gecədə şişməsin! Bu gündən etibarən heç bir artıma icazə verilmir,” – deyə o xəbərdarlıq edib.

Prezidentin sözlərinə görə, ölkədə hazırda qiymətlər həddindən artıq yüksəlib və buna görə də əlavə artım üçün heç bir əsas yoxdur.

“Bu gün qiymətlər tavanı vurub. Daha heç bir yerdə bahalaşma olmayacaq. Ehtiyac da yoxdur. Yalnız müəyyən istisnalar mümkündür və onlar da nazir və qubernatorların birbaşa nəzarətində olacaq,” – Lukaşenko qeyd edib.

Dövlət başçısı həmçinin bazarlarda qiymət nəzarətinə qarşı çıxan və ya bu səbəbdən fəaliyyətini dayandırmaq istəyən sahibkarlara da xəbərdarlıq edib.

Məlumata görə, iclas zamanı Baş nazirin müavini Nikolay Snopkov qərara etiraz etməyə çalışıb, lakin Lukaşenko onun və digər rəsmilərin etirazlarını qəbul etməyib.

“Xalq üçün ən yaxşısını edin!”, – deyə prezident məmurlara müraciət edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.