Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakı 2026-cı ildə SportAccord Konvensiyasına ev sahibliyi edəcək

Dünyanın idman elitası mayın 24-28-də keçiriləcək tədbirdə bir araya gələcək, erkən qeydiyyat mərhələsi isə 31 yanvaradək davam edir

325

2026-cı il mayın 24-28-də Bakı, dünyanın ən nüfuzlu idman tədbirlərindən biri olan SportAccord Konvensiyasına ev sahibliyi edəcək. Hazırda “Erkən Quş” mərhələsi davam edir və iştirakçılar 31 yanvaradək xüsusi endirimlə qeydiyyatdan keçə bilərlər.

SportAccord, Olimpiya və qeyri-Olimpiya beynəlxalq idman federasiyalarını bir araya gətirən yeganə qlobal platformadır. Konvensiya çərçivəsində beynəlxalq federasiyaların rəhbərləri, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri, idman marketinqi və media mütəxəssisləri ilə birbaşa əlaqə qurmaq mümkündür.

2026-cı il tədbiri Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçiriləcək. Konvensiya, həmçinin yerli idman federasiyaları, klub menecerləri və gənc idman liderləri üçün qlobal idman elitası ilə əməkdaşlıq və tərəfdaşlıq imkanları təqdim edir.

Qeyd edək ki, erkən qeydiyyat mərhələsində iştirakçılar xüsusi endirimlərdən yararlanır və yerli şirkətlər üçün sərgi və tərəfdaşlıq imkanları mövcuddur. Ətraflı məlumat və qeydiyyat üçün www.sportaccord.sport/2026-conv/ saytına daxil olmaq olar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.