“Aztelekom” və “Azercell” əməkdaşlığında yeni mərhələ
İstifadəçilər artıq mobil tətbiqdən “Aztelekom” xidmətlərinə dair məlumatları birbaşa əldə edə biləcəklər.
“Azercell Telekom” MMC-yə məxsus mobil tətbiqin “Yardım və Dəstək” bölməsinə “Aztelekom” MMC-yə aid yeni bölmə əlavə edilib.
Yeni bölmədə istifadəçilər “Aztelekom”un xidmətlərinə dair “Qoşulma şərtləri”, “Sənədlər” və “Ödəniş üsulları” barədə məlumat əldə edə bilirlər.
“Azercell”in verdiyi məlumata görə, bu addım iki şirkət arasında mövcud əməkdaşlıq çərçivəsində atılıb və məqsəd “Aztelekom” xidmətlərini daha rahat və əlçatan şəkildə təqdim etməkdir.
Qeyd edək ki, son vaxtlar ictimaiyyətdə “Aztelekom”un “Azercell”ə birləşdirilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, bu barədə rəsmi açıqlama verilməyib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.