Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Azercell” xidmət haqlarında artım edib

Kredit və simtaksit xidmətlərinin qiymətləri 13 yanvardan etibarən artırıldı

364

“Azercell” ötən il qəbul etdiyi qərara əsasən, kredit xidmətlərinin qiymətini artırıb. Qərar 13 yanvar 2026-cı ildən etibarən qüvvəyə minib.

Yeni tariflərə görə:

  • 1 manatlıq simkredit üçün xidmət haqqı 0,30 manat (əvvəl 0,20 manat),

  • 2 manatlıq simkredit və simtaksit üçün 0,60 manat (əvvəl 0,40 manat),

  • 3 manatlıq simkredit üçün isə 0,90 manat (əvvəl 0,60 manat) olacaq.

Eyni zamanda, “Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0,12 manat ödəniləcək (əvvəl 0,08 manat).

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.