Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azad Edilmiş Bölgələr Ölkənin Digər Regionları ilə Birləşdirilir

Prezident İlham Əliyev bildirib ki, yeni yol və nəqliyyat layihələri ölkədaxili əlaqələri gücləndirəcək, Xankəndi və Ağdam əsas mərkəzlərə çevriləcək.

576

İşğaldan azad olunmuş ərazilərin həm öz aralarında, həm də ölkənin digər bölgələri ilə əlaqələndirilməsi Azərbaycanın qarşısında duran əsas prioritetlərdən biridir. Bu barədə Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə danışıb.

Dövlət başçısı bildirib ki, Kəlbəcər üzərindən Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı xətti, eləcə də Füzuli-Biləsuvar-Cənub marşrutu vasitəsilə yeni bağlantılar yaradılır. Bu yollar ölkədaxili nəqliyyat əlaqələrini daha etibarlı edəcək, eyni zamanda məsafələri qısaldaraq hərəkəti sürətləndirəcək.

Prezident vurğulayıb ki, dəmir yolu, avtomobil yolları və gələcəkdə hava nəqliyyatının geniş istifadəsi ölkə daxilində miqrasiyanı stimullaşdıracaq: “Hamının Bakıya üz tutmasına ehtiyac yoxdur. Bu gün artıq Bakıdan, Naxçıvandan və digər bölgələrdən Xankəndiyə köçənlər var. Xankəndi və Ağdam azad edilmiş ərazilərin aparıcı şəhərlərinə çevriləcək”.

Prezident İlham Əliyev qeyd edib ki, hazırda azad edilmiş ərazilərdə təxminən 70 min insan yaşayır. Onun sözlərinə görə, ilin sonuna qədər bu rəqəmin 120–140 min nəfərə çatması və həmin insanların orada yaşayıb işləməsi gözlənilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.