Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanla Çin Arasında Hərbi-Texniki Əməkdaşlıq Başlayıb

Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq yeni iqtisadi və hərbi layihələrə yol açıb

374

Azərbaycanla Çin arasında son bir il ərzində imzalanan strateji və ardınca hərtərəfli strateji tərəfdaşlıq sənədləri iki ölkə arasındakı iqtisadi və siyasi münasibətlərin inkişafına ciddi impuls verib. Bu barədə Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə danışıb.

Prezident qeyd edib ki, hazırda Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dolları ötüb. Onun sözlərinə görə, Çin şirkətləri Azərbaycanda xüsusilə bərpaolunan enerji, nəqliyyat və digər perspektivli sahələrə investisiya yatırmaqda fəallıq göstərirlər.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan regionda Çin üçün əsas tərəfdaş ölkələrdən biri hesab olunur. Əldə edilmiş siyasi razılaşmaların davamı olaraq artıq iki ölkə arasında hərbi-texniki əməkdaşlıq da qurulub. Prezident bildirib ki, bu əməkdaşlığın müəyyən elementləri hərbi paradda nümayiş etdirilib, lakin bu, prosesin yalnız ilkin mərhələsidir.

“Biz bu sahədə qarşılıqlı marağın çox yüksək olduğunu görürük. Məqsədimiz təkcə hərbi texnikanın alınması ilə məhdudlaşmır. Paralel olaraq birgə müəssisələrin yaradılması istiqamətində də iş aparılır və bu proses artıq start götürüb”, – deyə Prezident İlham Əliyev əlavə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.