Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanın şəkər ixracı 2025-ci ildə kəskin artıb

İl ərzində şəkər və qənnadı məmulatlarının ixracı 59 faizdən çox yüksəlib, idxalda isə 7,7 faizlik artım qeydə alınıb

120

2025-ci il ərzində Azərbaycan xarici bazarlara 63 milyon 110,41 min ABŞ dolları məbləğində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları satıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 59,32% yüksəlib.

Eyni dövrdə ölkəyə 255 milyon 725,61 min ABŞ dolları dəyərində şəkər və şəkər tərkibli qənnadı məmulatları gətirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,74% artım deməkdir.

Statistikaya görə, ötən il şəkər və şəkər məhsullarının ixracı Azərbaycanın ümumi ixrac həcminin 0,25%-ni, idxalı isə ümumi idxalın 1,05%-ni təşkil edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.