Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda vergi daxilolmaları proqnozu üstələdi

Dövlət büdcəsinə 16,4 milyard manata yaxın vəsait daxil olub, qeyri-neft-qaz sektorundan yığımlar 12 milyard manatı keçib.

60

2025-ci ildə Azərbaycanda vergi daxilolmaları proqnoz göstəricilərini üstələyib. Ümumi vergi yığımları gözlənilən səviyyədən 5,5 faiz, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 2,9 faiz çox olub. Nəticədə dövlət büdcəsinə ümumilikdə 16,4 milyard manata yaxın vəsait daxil edilib. Bu məbləğin 12 milyard manatdan çoxu qeyri-neft-qaz sektorunun payına düşür.

Bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, ötən il Dövlət Vergi Xidmətinin xətti ilə təmin edilən ümumi fiskal daxilolmaların həcmi təxminən 24,2 milyard manat olub. Bu da ölkədə toplanan bütün fiskal gəlirlərin 79,1 faizini təşkil edir.

Orxan Nəzərli qeyd edib ki, 2025-ci ilin yekunlarına əsasən, könüllü əməletmə səviyyəsi 92,6 faizə çatıb. O vurğulayıb ki, 2019-cu illə müqayisədə bu göstərici mütləq ifadədə 2,1 dəfə artıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.