Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda Ramazan ayı başlayıb

Namaz qılmayan şəxs də oruc tuta bilər – ilahiyyatçı izah edir

54

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Ölkədə müsəlmanlar arasında oruc tutanlar olduğu kimi, tutmayanlar da var. Oruc tutanlar arasında isə namaz qılanlarla namaz qılmayanlar fərqlənir.

Bəs namaz qılmayan şəxs oruc tuta bilərmi?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bu suala aydınlıq gətirib:

“İslam dünyasında, o cümlədən Azərbaycanda tez-tez müzakirə olunan mövzulardan biri namaz qılmayan şəxsin oruc tutmasının qəbul olunub-olunmamasıdır.

Dinimiz müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Oruc və namaz hər ikisi vacib ibadətlərdir və hər ikisini yerinə yetirmək daha doğrudur. Lakin namaz və oruc ayrı-ayrı ibadətlər olduğundan, namaz qılmayan şəxs də oruc tuta bilər.

Ona görə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa başlaya bilər. Əsas odur ki, biz başqalarının əməllərini yox, öz əməllərimizə diqqət yetirək. Çünki o dünyada yalnız öz əməllərimiz barədə sorğu-sual olunacağıq.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.