Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda internet sürəti 90 Mbit/s-ə çatıb

Rəşad Nəbiyev bildirib ki, “Onlayn Azərbaycan” layihəsi başa çatıb, ilin sonunadək sürətin 200 Mbit/s-ə yüksəldilməsi planlaşdırılır, “SİMA”nın istifadəçi sayı isə 4 milyona çatıb.

53

Ölkədə rəqəmsal infrastrukturun genişləndirilməsi prosesi tam başa çatdırılıb və “Onlayn Azərbaycan” layihəsi uğurla yekunlaşıb. Layihəyə start verilən zaman ölkə üzrə internetin orta sürəti 12 Mbit/s təşkil edirdisə, hazırda bu göstərici 90 Mbit/s-ə yüksəlib. Dövlət qurumlarında isə internet sürəti 150 Mbit/s-ə çatır. İlin sonunadək bu rəqəmin 200 Mbit/s-ə çatdırılması planlaşdırılır. Hazırda ölkənin bütün bölgələri, o cümlədən ən ucqar yaşayış məntəqələri genişzolaqlı internetlə təmin olunub.

Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr edilən müşavirədə çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, ölkənin data mərkəzi – “dövlət buludu” tam formalaşdırılıb. Bakı və Yevlax şəhərlərində yerləşən əsas və ehtiyat mərkəzlər fəaliyyətə başlayarkən burada təxminən 50 dövlət qurumu öz rəqəmsal resurslarını yerləşdirirdisə, hazırda bu göstərici 270-ə yüksəlib.

O, həmçinin qeyd edib ki, son üç ildə “SİMA” Biometrik İmza 4 milyon unikal istifadəçi tərəfindən tətbiq olunub. Bu sistem təkcə dövlət xidmətlərinə çıxışı asanlaşdırmayıb, həm də özəl sektorun, xüsusilə bankların fəaliyyətini xeyli sadələşdirib. Artıq vətəndaşlar bank əməliyyatlarını, o cümlədən depozit hesablarının açılması və artırılması kimi xidmətləri banka getmədən mobil tətbiqlər vasitəsilə həyata keçirə bilirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.