Azərbaycanda gəlir vergisi ilə bağlı mühüm qərar qəbul edildi
Maliyyə naziri Sahil Babayev: “Yeni vergi sistemi vətəndaşlar üçün böyük sosial güzəşt deməkdir”
“Bildiyiniz kimi, 2026-cı ildə vergilərə tətbiq edilən güzəşt müddəti başa çatırdı. Hökumət tərəfindən müvafiq addım atılmasaydı, gələn ildən 14 və 25 faizlik dərəcələr qüvvəyə minəcəkdi. Lakin yeni qərara əsasən, 2500 manata qədər əməkhaqqından cəmi 3 faiz gəlir vergisi tutulacaq. Dünyada çox az ölkədə bu qədər aşağı dərəcə mövcuddur,” – bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.
Nazirin sözlərinə görə, bu qərarla ümumi fiskal yük tənzimlənir və vətəndaşların sosial rifahı gücləndirilir:
“Əvvəllər Azərbaycanda fiskal yük 50-52 faizədək yüksəlirdi. Yeni layihə ilə biz bu göstəriciləri sabit dərəcələrlə tətbiq edirik: 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% müəyyən ediləcək.”
Sahil Babayev qeyd edib ki, yeni qaydalara əsasən, gəlir vergisinin daimi dərəcələri belə olacaq:
-
2500 manata qədər – 7%,
-
8000 manata qədər – 10%,
-
8000 manatdan yuxarı – 14%.
Nazir bu qərarın vətəndaşlar üçün mühüm sosial güzəşt olduğunu və iqtisadi aktivliyə əlavə təkan verəcəyini vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.