Azərbaycanda bütün limanlar müvəqqəti bağlanıb
Qeyri-sabit hava şəraiti gəmilərin təhlükəsizliyinə görə giriş-çıxışı dayandırıb
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti səbəbindən ölkə ərazisində yerləşən bütün limanların fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Onun sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar limanlara gəliş-gediş tam məhdudlaşdırılıb. Yerli və xarici bayraq altında üzən gəmilər təhlükəsizlik məqsədilə lövbər dayanacaqlarına və müvafiq sığınacaqlara yönləndirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.