Azərbaycanda 3600 kvadratmetrlik yeni reabilitasiya mərkəzi açılacaq
TƏBİB rəsmisi: Sağlamlıq turizmi ölkəmizin beynəlxalq sosial məsuliyyətidir
Yaxın vaxtlarda Azərbaycanın tibb müəssisələrindən birində 3600 kvadratmetr sahəni əhatə edən müasir reabilitasiya mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı”nda çıxışı zamanı TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov məlumat verib.
O, qeyd edib ki, sağlamlıq turizmi yalnız iqtisadi deyil, həm də sosial məsuliyyət daşıyan sahədir:
“Ölkəmizdə COP29 Beynəlxalq İqlim Konfransı keçirilərkən minlərlə qonağın sağlamlıq məsələləri dövlət müəssisələri tərəfindən təmin olunub. Sağlamlıq turizmi bilik və təcrübənin birləşdiyi sahədir. Üstəlik, Azərbaycanın coğrafi mövqeyi bu istiqamətin inkişafı üçün olduqca əlverişlidir,” – deyə Araz Nəsirov bildirib.
TƏBİB rəsmisi həmçinin vurğulayıb ki, bu yaxınlarda Şuşada yeni müalicə–sağlamlıq mərkəzi də fəaliyyətə başlayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.