Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda 18 yaşından aşağı 185 qadın nikaha daxil olub

Kişilər arasında belə hallar qeydə alınmayıb

18

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 18 yaşı tamam olmamış 185 qadın rəsmi nikaha daxil olub. Kişilər arasında isə belə hallar qeydə alınmayıb.

Qanunvericiliyə əsasən, ölkədə nikah yaşı 18 olaraq müəyyən edilib. Lakin ötən il qüvvədə olan Ailə Məcəlləsinə görə, üzrlü hallarda bu yaş həddi 1 il azaldıla bilirdi. Həmin istisna bu ildən etibarən ləğv olunub və nikah yaşı yalnız 18 olaraq qüvvədə qalır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.