Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycana qanunsuz “iPhone 17” gətirilməsinin qarşısı alındı

Gömrük nəzarətindən yayınmaq cəhdi zamanı sərnişin saxlanıldı

13

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkəyə qanunsuz yolla külli miqdarda məhsul keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Ciddə–Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı digər sərnişinlərə payladığı malları sonradan qəbul edərkən saxlanılıb. Araşdırma zamanı onun üzərindən 5 ədəd “iPhone 17”, 4 ədəd “iPhone 16”, 15 ədəd Apple qələm, 8 ədəd Apple qulaqcıq5 ədəd ətir aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. Dövlət Gömrük Komitəsi vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, xaricə səyahət zamanı tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədində hüquqi məsuliyyət yarada bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.