Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan və İran prezidentləri telefon danışığında ikitərəfli əlaqələri müzakirə ediblər

Prezident İlham Əliyev bölgədə yaranmış gərginliyin aradan qaldırılmasına Azərbaycanın töhfə verməyə hazır olduğunu bildirib, Prezident Məsud Pezeşkian təşəkkürünü çatdırıb

62

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı ölkələr arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı vurğulanıb. Həmçinin xalqlarımız arasında mövcud tarixi, etnik və dini bağlar bir daha qeyd olunub. Telefon danışığı zamanı İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb. Bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Danışıqlar zamanı Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisinin qrafikə uyğun davam etdiyi də qeyd olunub.

Prezident İlham Əliyev bölgədə yaranmış vəziyyətdən narahatlıq ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib. Dövlət başçısı əlavə edib ki, ölkəmiz bu kimi məsələlərin yalnız danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarıdır.

Öz növbəsində, Prezident Məsud Pezeşkian Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb. Telefon söhbəti zamanı tərəflər ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barədə fikir mübadiləsi aparıblar. Sonda, qarşılıqlı təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.