Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan və ABŞ minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə etdi

Görüşdə humanitar minatəmizləmə, gələcək tərəfdaşlıq və ABŞ-ın dəstək imkanları gündəmə gəlib

670

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirib. Bu barədə rəsmi məlumat Agentlik tərəfindən yayımlanıb.

Görüş zamanı ölkəmizin mina problemi və bu sahədə aparılan humanitar minatəmizləmə fəaliyyətləri barədə qonağa geniş təqdimat verilib. Eyni zamanda, gələcəkdə ABŞ-la əməkdaşlıq imkanları, humanitar dəstək və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.