Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Türkiyəyə raket hücumunu sərt şəkildə pislədi

Müdafiə Nazirliyi qardaş ölkə ilə həmrəylik mesajı verdi

83

 

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə ərazisinə yönəlmiş və Qaziantep üzərində zərərsizləşdirilən raket hücumu ilə bağlı bəyanat yayıb.

Nazirlik bu cür addımların regional sülh və təhlükəsizliyə ciddi təhlükə yaratdığını bildirərək hadisəni qətiyyətlə pisləyib.

Bəyanatda vurğulanıb ki, Azərbaycan qardaş Türkiyə Respublikası ilə tam həmrəylik nümayiş etdirir və ölkə rəhbərliyinin əhalinin və ərazi bütövlüyünün qorunması istiqamətində gördüyü tədbirləri dəstəkləyir.

“Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.