Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Suriyanın bərpa prosesinə dəstək verir

Səməd Seyidov: Bakı Suriyaya qaz ixracına razılıq verib, 100-dən çox məktəbin yenidən qurulması planlaşdırılır.

99

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov regionda sabitliyin möhkəmləndirilməsində Türkiyənin rolunu yüksək qiymətləndirib.

O bildirib ki, Ankara Suriyada problemlərin aradan qaldırılması istiqamətində konstruktiv fəaliyyət göstərir və bu siyasət artıq real nəticələr verməyə başlayıb.

Deputat vurğulayıb ki, Azərbaycan da bu prosesdə aktiv iştirak edir. Onun sözlərinə görə, Bakı Suriyanın yenidən qurulmasına töhfə verir, ölkəyə təbii qaz ixracına razılıq verib və 100-dən artıq məktəbin bərpası ilə bağlı müqavilələr imzalanıb.

Seyidov qeyd edib ki, həyata keçirilən bu addımlar bölgədə sabitlik və inkişafın möhkəmlənməsinə xidmət edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.