Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

“Azeri Light” markalı neftin bir bareli 68,12 ABŞ dollarına düşüb, büdcədə isə qiymət 70 dollar nəzərdə tutulub

16

Dünya bazarlarında ticarət əməliyyatlarının nəticəsinə əsasən, Azərbaycan neftinin qiymətində enmə qeydə alınıb.

“Azeri Light” markalı neftin bir barelinin dəyəri 0,90 ABŞ dolları və ya 1,3% azalaraq 68,12 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları olaraq götürülüb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.