Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan dezinformasiyaya qarşı mübarizəni gücləndirir

Şura sədri dezinformasiyanın təhlükələrinə diqqət çəkərək, medianın və vətəndaşların aktiv rol oynamağa çağırıb.

143

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid son dövrlərdə media orqanlarında yayılan dezinformasiyanın artdığını bildirib və bunun milli təhlükəsizliyə real təhdid yaratdığını vurğulayıb. Bu barədə o, “Dezinformasiya: Qlobal Təhdid və Azərbaycan Reallıqları” mövzusunda keçirilən ictimai dinləmələrdə danışıb.

R. Məcid qeyd edib ki, bəzi hallarda yalan məlumatlar bilərəkdən, bəzən isə məlumatsızlıq və səriştəsizlik nəticəsində yayılır. Onun sözlərinə görə, bu problemin qarşısını almaq üçün ilk növbədə vətəndaşların və media nümayəndələrinin media savadlılığının artırılması vacibdir.

“İnsanlar sosial mediada yayılan yanlış məlumatlara qarşı diqqətli olmalı, dezinformasiyaya qarşı səslərini çıxarmalıdırlar”, – deyə R. Məcid əlavə edib.

O həmçinin bildirib ki, Azərbaycanın nüfuzunu sarsıtmağa yönəlmiş saxta xəbərlərə qarşı artıq konkret tədbirlər görülür və bu istiqamətdə iş davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.